Risklərin İdarə Edilməsi Departamentinin Modellərin Validasiyası Komandasına Kiçik mütəxəssis

Risklərin İdarə Edilməsi Departamentinin Modellərin Validasiyası Komandasına Kiçik mütəxəssis

  • Deadline 10 İyul 2024

İşiniz nədən ibarətdir?

  • Statistik və maşın öyrədilməsi metodlarından istifadə edərək, biznes, maliyyə, risk modellərinin validasiyası prosesində iştirak etmək;
  • Validasiya hesabatlığının hazırlanmasına yardım etmək və hər hansı tövsiyələri varsa bildirmək;
  • Modeli validasiya etmək, düzgün məlumat almaq üçün müxtəlif mənbə və platformalardan datanı toplamaq; 
  • Model validasiya performans testləri aparmaq;
  • Model sənədlərini oxumaq, model metodologiyasını araşdırmaq, datanı dərindən araşdırmaq, model proses və texnikalarını öyrənmək üçün uyğun suallar vermək, modelin çatışmazlıqlarını, risklərini müəyyən etmək və təbdirlər görmək, model yenilənməsi üçün tövsiyələri vermək;
  • Şəxsi keyfiyyətləri inkişaf etdirmək üçün davamlı olaraq öyrənmə proqramlarında iştirak etmək;
  • Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

Tələblər:

  • Təhsil: Kompüter elmləri, statistika, tətbiqi riyaziyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi;
  • İş təcrübəsi: Data science və ya model validasiyası üzrə minimum 1 ilə qədər iş təcrübəsi;
  • Xarici dil: İngilis dili (səlis);
  • Kompüter bilikləri: Microsoft Office;
  • Başqa tələblər: Python, SQL üzrə biliklər.
  • Günlük144
  • Həftəlik591
  • Aylıq2310