Təsvir
- Bütün səviyyələrdə bank üçün xarakterik risklərə məruz qalma dərəcəsinin müəyyən edilməsi, ölçülməsi, monitorinqi və nəzarətdə saxlanmasını işinin təşkili (İCAAP);
- Bank üzrə risk mədəniyyətinin ölçülməsi, monitorinqi və idarə edilməsi;
- Təşkilati risklərinin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanması, və onların yerinə yetirilməsi üçün nəzarətin qurulması;
- Bankdaxili səlahiyyətlərin idarə edilməsinə nəzarət edilməsində iştirak;
- Bankın müvafiq funksiyaları üçün zəruri tədrisin təmin edilməsi/Risk mədəniyyətinin inkişaf etdirilməsi;
- Bank üzrə təşkilati itkiləri bazasının toplanması, ssenari modelləşdirməsinə və stress testlərin keçirilməsinə nəzarət edilməsi;
- Təşkilati riski iştahasının və hədlərinin müəyyənləşdirilməsində iştirak etdirillməsi və monitorinq edilməsi, müvafiq bizneslərə onlar barədə məlumatın çatdırılmasına nəzarət edilməsi;
- Risk sağlamlıq indeksinin idarə edilməsi və indeksin yüksəldilməsi üzrə zəruri işlərin görülməsinə nəzarət;
- Təşkilati risklərin İdarə edilməsi çərçivəsində ESG siyasətinin hazırlanması, tətbiqinin təşkili, icrasına nəzarət və bu istiqamətdə əlaqəli bütün fəaliyyətlərin koordinasiyasının həyata keçirilməsi;
- Dövri hesabatlığın hazırlanması;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Tələblər
- Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi;
- İş təcrübəsi: Risk və ya müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Lisenziya/ Sertifikat: FRM, CFA, CERM üzrə Level 1 keçmişlərə üstünlük verilir;
- Xarici dil: İngilis dili (professional səviyyə);
- Kompüter bilikləri: Microsoft Office (xüsusilə Excel və PowerPoint)
- Analitik və kritik düşünmə qabiliyyəti
- Araşdırma və məlumatların təhlili bacarığı
- Problemlərin strukturlaşdırılması və səbəb–nəticə əlaqələrinin müəyyən edilməsi qabiliyyəti
- Risklərə sistemli və konseptual yanaşma tərzi
- Komanda ilə işləmək və müxtəlif struktur bölmələrlə effektiv əməkdaşlıq qurmaq bacarığı
- Dəyişən tənzimləyici və biznes mühitinə çevik uyğunlaşma qabiliyyəti
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.