Baş İcraçı Direktorun Köməkçisi, inzibati və təşkilati dəstək göstərərək, direktorun cədvəlini, ünsiyyətlərini və müxtəlif tapşırıqlarını idarə etməklə rəhbərlik səviyyəsində işlərin səmərəli və fasiləsiz həyata keçirilməsində mühüm rol oynayır.
Vəzifə Öhdəlikləri:
- Baş İcraçı Direktorun gündəlik tapşırıqlarını və görüşlərini fəal şəkildə təşkil etmək və əlaqələndirmək, bütün öhdəliklərin fasiləsiz yerinə yetirilməsini təmin etmək;
- Direktorun bütün biznes tələblərinin həyata keçirilməsi üçün komanda üzvləri və struktur bölmələri ilə səmərəli ünsiyyət qurmaq;
- Qərar və tapşırıqların icrası ilə bağlı müvafiq normativ sənədlərə uyğun olaraq vaxtında hesabatlar təqdim etmək;
- Baş İcraçı Direktorun qonaqlarını peşəkar və səmimi şəkildə qarşılamaq, şirkətin müsbət imicini daima nümayiş etdirmək;
- Kargo daşımalarının təşkili və sənəd dövriyyəsi proseslərini sadələşdirməkdə dəstək göstərmək;
- Telefon zənglərini və yazışmaları qeyd etmək, yönləndirmək və təqdim etmək;
- Baş İcraçı Direktorun gündəlik fəaliyyəti və səfərlərinin təşkili prosesində fəal iştirak etmək, vaxtın səmərəli idarə olunmasını təmin etmək;
- İmzalanması üçün sənədləri Baş İcraçı Direktora təqdim etmək, lazım olduqda müvafiq məlumatları və sənədləri aidiyyəti şəxslərdən tələb etmək və sənədləri yenidən cavabdeh şəxslərə təqdim etmək;
- Baş İcraçı Direktor və menecer tərəfindən müəyyən edilmiş tapşırıqları və layihələri planlaşdırmaq və həyata keçirmək;
- Baş İcraçı Direktorun tabeliyində olan struktur bölmələrə inzibati dəstək göstərmək.
Tələblər:
- Təhsil: Bakalavr dərəcəsi;
- İş təcrübəsi: 1-3 il;
- Xarici dillər: Azərbaycan, İngilis və Rus dillərini sərbəst bilmək;
- Kompüter bacarıqları: Microsoft Office proqramları (Word, Excel) üzrə bacarıqlı olmaq;
- Ofis idarəetmə sistemləri və prosedurları haqqında biliklər;
- Yüksək təşkilatçılıq və vaxtın idarə olunması bacarığı;
- Günlük işlərdə prioritetləri düzgün müəyyənləşdirmək və eyni anda bir neçə işi idarə etmək bacarığı;
- Yüksək şifahi və yazılı ünsiyyət bacarığı;
- Məhfiliyin və etibarlılığın qorunması;
- Stresə davamlılıq, özünə nəzarət və son tarixlərə riayət etmə mədəniyyəti.
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.