PAŞA Kapital yerli və beynəlxalq maliyyə bazarlarına geniş çıxış imkanları yaratmaqla tərəfdaşlarına ən yaxşı müştəri təcrübəsi təqdim edən ölkənin lider investisiya şirkətidir.
Vəzifə öhdəlikləri:
- Şirkətin satınalma/təchizat zənciri ehtiyaclarının qarşılanması;
- Şirkətin struktur vahidlərinin biznes məqsədləri üçün lazım olan malların, işlərin və xidmətlərin səmərəli, münasib qiymətə və şəffaf qaydada təmin edilməsi;
- Satınalma və təchizat zənciri siyasətinin, sorğu formasının təchizatçı seçimi prosedurlarının tənzimlənməsi və icrası;
- Qiymətləndirmə prosesinin səmərəli təşkili və icrası (öz kateqoriyası çərçivəsində);
- Tenderlərin və təkliflərin səmərəli təşkili və icrası (öz kateqoriyası çərçivəsində);
- Bazar araşdırmaları üzrə satınalma prosesinin icrası;
- Düzgün satıcı düzgün qiymət prinsipinə əsaslanaraq satınalmanın həyata keçirilməsi;
- Təchizatçıların və müqavilələrin idarə edilməsi;
- Satınalma fəaliyyətlərinin sənədləşdirilməsi, müqavilələrin tənzimlənməsi və təşəbbüskar tərəfindən tələb olunduqda müddətin uzadılması;
- Güclü ünsiyyət bacarığı, işgüzar danışıqlar aparmaq, innovativ düşüncə.
Tələblər:
- Ali təhsil;
- İş təcrübəsi: 1 ildən 3 ilə qədər;
- Dil bilikləri: Azərbaycan dili - əla, Rus və İngilis dili əla/yaxşı;
- Kompüter bilikləri: MS Office, Excel;
- Proqram üzrə biliklər: SAP;
- Dəqiqlik və operativlik;
- Fərdi və komanda tərkibində işləmə bacarığı;
- Təzyiq altında işləmə qabiliyyəti;
- Yüksək ünsiyyətqurma və dinləmə bacarığı.
Maraqlanan namizədlər Müraciət Et butonunda qeyd olunan link-ə daxil ola bilərlər.