Audit Menecer

  • Deadline 2 Avqust 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

PAŞA Holding strateji aktivlərindən olan PASHA Bank şirkətinə Audit Menecer vakansiyasıyası üzrə işə qəbul üçün;

Vəzifənin icmalı:

  • Daxili Audit Departamentinin fəaliyyətinin İllik Audit Planına və büdcəyə uyğunluğunu təmin edir.
  • Audit layihələrinin daxili audit standartlarına riayət etməklə qəbul olunmuş proqramlara əsasən icra edilməsini təmin edir;
  • Şirkətin rəhbərliyi və digər strukturlarla effektiv işguzar münasibətləri dəstəkləyir.

Əsas funksional vəzifələr:

  • Daxili Audit Departamentinin fəaliyyətini tənzimləyən siyasət, metodologiya və rəhbərliklərin, daxili qaydalar və prosedurların hazırlanmasında iştirak etmək;
  • Daxili Audit Departamentinin büdcəsinin hazırlanmasında iştirak etmək;
  • İllik Audit Planın hazırlamasında iştirak etmək;
  • Təsdiq olunmuş İllik Audit Planına  və Audit Komitəsinin tapşırığına əsasən audit, sonrakı audit və xüsusi audit layihələrinin koordinasiyasını aparmaq;
  • Mühüm riskləri nəzərə alaraq audit layihəsi tapşırığının müəyyən edilməsində, audit layihəsinin gedişatına və büdcəsinə nəzarətdə iştirak etmək;
  • Audit layihələri üzrə hesabatların dəqiqliyinə və vaxtında təqdim olunmasına nəzarət etmək;
  • Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Şirkətin rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planın icrasına nəzarət etmək;
  • Kənar auditorların və digər müstəqil məsləhətçilərin daxili auditorlarla birgə fəaliyyətinin koordinasiyası və məlumat mübadiləsi proseslərinin dəstəkləməsində iştirak edtmək;
  • Daxili Audit Departamentinin fəaliyyəti ilə bağlı icmal hesabatların hazırlanmasında iştirak etmək;
  • Daxili Audit Departamentinin iş vaxtı istifadəsinin dəqiqliyinə və effektivliyinə nəzərət etmək;
  • Nəzarətində olan əməkdaşların Əsas Fəaliyyət Göstəriciləri (ƏFG) hədəflərinin və inkişaf planlarının müəyyən edilməsində iştirak etmək;
  • Nəzarətində olan əməkdaşların fəaliyyətinin qiymətləndirilməsini aparmaq;
  • Nəzarətində olan əməkdaşlara təlim keçmək, məsləhətlər vermək;
  • Daxili Audit Departamentinin direktoru tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək;

Bilik, bacarıqlar və təcrübə: 

  • Müvafiq sahədə akademik dərəcə (ən azı ali təsil); 
  • Müvafiq iş təcrübəsi: 5 ildən artıq ümumi, 3 ildən artıq audit funksiyasında;
  • Audit prosedurlarını həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;
  • Daxili prosedurlar, Şirkət tərəfindən təklif edilən məhsullar və həmin prosedurlara/məhsullara edilmiş dəyişikliklər haqda məlumatlı olmaq;
  • Şirkətin fəaliyyət sahəsini tənzimləyən dövlət icra orqanının tərtib etdiyi normativ və hüquqi sənədlər üzrə biliklərin olması;
  • Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
  • Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları, xüsusi audit proqram təminatı üzrə) ilə işləmək baçarığı;

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

  • CV-lər e-mail ünvanına göndərilməlidir;
  • Mövzu sətrində “Audit Menecer” qeyd olunmalıdır;
  • CV-lər 30 iyul, 2024-cü il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət ediləcəklər.

  • Günlük22
  • Həftəlik659
  • Aylıq659