Aktuar hesabatları şöbəsinin rəhbəri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Aktuar hesabatları şöbəsinin rəhbəri

  • Deadline 18 May 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə və Öhdəliklər:

  • Aşağıda qeyd olunanlar üzrə komandaya istiqamət verərək prosesə rəhbərliyin həyata keçirilməsi;
  • Sığortaçının nəzarət orqanının müvafiq normativ sənəd və qaydalarına, Cəmiyyətin nizamnaməsinə, digər qayda və standartlarına uyğun olaraq müəyyən olunmuş müddətdə müvafiq hesabatların təqdim edilməsi;
  • Qazanılmış sığorta haqlarının hesablanması;
  • Qazanılmamış SHE, BTZE, BVBZE, Sabitləşdirici və Əlavə ehtiyatların hesablanması;
  • Tələb olunan kapitalın hesablanması;
  • Məcmu kapitalın hesablanması;
  • Qazanılmış sığorta haqlarının hesablanması;
  • Müqavilə üzrə xidmət marjasının (Contractual Service Margin – CSM) hesablanmasında aidiyyəti struktur bölmələrlə birgə iştirak;
  • Sığorta ehtiyatlarının hesablanması, o cümlədən, gələcək pul axınları üzrə proqnozların verilməsi;
  • Şəxsi tutumun hesablanması;
  • Sığorta ehtiyatlarının hesablanması qaydalarının müəyyən edilməsi;
  • Ekspertiza mərkəzi olaraq şirkətin digər departamentlərinə məsləhətlər vermək;
  • Məcmu kapitalın təmin edilməsi məqsədilə investisiya portfelinə çərçivələrin müəyyən edilməsi;
  • Birbaşa rəhbər tərəfindən verilmiş digər tapşırıqların yerinə yetirilməsi.

Biliklər:

  • İqtisadiyyat, Maliyyə, Riyaziyyat və ya digər müvafiq sahələr üzrə təhsil;
  • Yaxşı səviyyədə aktuar riyaziyyat, statistik təhlil üsulları və təqdimat bacarıqları;
  • Kompüter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı;
  • Dil bilikləri: Azərbaycan, İngilis və Rus dillərində yüksək səviyyədə biliklərin olması. 

Təcrübə:

  • Aktuar sahəsi üzrə ən azı 2-3 il iş təcrübəsi tələb olunur.

Bacarıqlar:

  • Təqdimat bacarıqları;
  • Məsuliyyətlilik;
  • Müsbət təfəkkür;
  • Dəqiqlik;
  • Yaxşı ünsiyyət bacarığı;
  • Məntiqi və analitik düşüncə;
  • Şəxsi inkişafa yönümlülük;
  • Təşəbbüskarlıq;
  • Yaradıcılıq; 
  • Komandada işləmək bacarığı;

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərin.

  • Daily68
  • Weekly189
  • Monthly2790