Vəzifə və Öhdəliklər:
- Strukturlu və struktursuz məlumat toplusunun emalının həyata keçirilməsi;
- Trendlər, oxşarlıqlar və uyğunluqların müəyyən olunması üçün böyük məlumat toplusunun işlənilməsi;
- “Data visualization” üsullarından istifadə edərək məlumatların təqdim edilməsi;
- Biznes problemləri üçün həllərin hazırlanması;
- Aktuar hesabatların hazırlanması və təhlili;
- İT, marketinq, satış, Agile və maliyyə komandaları ilə sıx əməkdaşlığın qurulması;
- Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.
Biliklər:
- İqtisadiyyat, Maliyyə, Riyaziyyat və ya digər müvafiq sahələr üzrə təhsil;
- Yaxşı səviyyədə aktuar riyaziyyat, statistik təhlil üsulları və təqdimat bacarıqları;
- Kompüter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı;
- Dil bilikləri: Azərbaycan, İngilis və Rus dillərində yüksək səviyyədə biliklərin olması.
Təcrübə:
- Aktuar sahəsi üzrə ən azı 1-2 il iş təcrübəsi tələb olunur.
Bacarıqlar:
- Təqdimat bacarıqları;
- Məsuliyyətlilik;
- Müsbət təfəkkür;
- Dəqiqlik;
- Yaxşı ünsiyyət bacarığı;
- Məntiqi və analitik düşüncə;
- Təşəbbüskarlıq;
- Yaradıcılıq;
- Komandada işləmək bacarığı.
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi elektron poçt ünvanına göndərin.