Aktuari üzrə baş mütəxəssis

  • Deadline 12 Yanvar 2026

Vəzifə və Öhdəliklər:

  • Sığortaçının nəzarət orqanının müvafiq normativ sənəd və qaydalarına, Cəmiyyətin nizamnaməsinə, digər qayda və standartlarına uyğun olaraq müəyyən olunmuş müddətdə müvafiq hesabatların təqdim edilməsi;
  • Sığorta ehtiyatlarının hesablanması, o cümlədən, gələcək pul axınları üzrə proqnozların verilməsi;
  • Sığorta ehtiyatlarının hesablanması qaydalarının müəyyən edilməsi;
  • Məcmu kapitalın təmin edilməsi məqsədilə investisiya portfelinə çərçivələrin müəyyən edilməsi;
  • Strukturlu və struktursuz məlumat toplusunun emalının həyata keçirilməsi;
  • Trendlər, oxşarlıqlar və uyğunluqların müəyyən olunması üçün böyük məlumat toplusunun işlənilməsi;
  • Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.

Biliklər:

  • İqtisadiyyat, Maliyyə, Riyaziyyat və ya digər müvafiq sahələr üzrə təhsil;
  • Yaxşı səviyyədə aktuar riyaziyyat, statistik təhlil üsulları və təqdimat bacarıqları;
  • Kompüter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı;
  • Dil bilikləri: Azərbaycan və İngilis dillərində yüksək səviyyədə biliklərin olması;
  • Aktuar üzrə müvafiq sertifikatların olması.

Təcrübə:

  • Aktuar sahəsi üzrə ən azı 2-3 il iş təcrübəsi tələb olunur.

Bacarıqlar:

  • Təqdimat bacarıqları;
  • Məsuliyyətlilik;
  • Müsbət təfəkkür;
  • Dəqiqlik;
  • Yaxşı ünsiyyət bacarığı;
  • Məntiqi və analitik düşüncə;
  • Təşəbbüskarlıq;
  • Yaradıcılıq; 
  • Komandada işləmək bacarığı.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly205
  • Monthly1384