Anderraytinq üzrə kiçik mütəxəssis/mütəxəssis (müvəqqəti)

  • Deadline 8 Fevral 2026

“PAŞA Sığorta” ASC namizədləri Anderraytinq üzrə kiçik mütəxəssis/mütəxəssis (müvəqqəti) vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və öhdəliklər:

  • Riskin səmərəli qiymətləndirilməsi üçün lazımi məlumatları toplamaq və dəyərləndirmək;
  • Müxtəlif mənbələrdən əldə olunmuş məlumatlar əsasında müəyyən bir riski qəbul və ya imtina etmək;
  • Riskin dəyərləndirilməsi və riskə əsasən ən uyğun tarif və şərtlərin müəyyən olunması;
  • Aktuari və birbaşa rəhbəri ilə birlikdə zərər nisbəti hesabatı prosesində iştirak etmək və cari zərər nisbətini təhlil etmək;
  • Birbaşa rəhbərin nəzarəti altında tarif sistemini təşkil etmək;
  • Riskin təkrarsığortaya ehtiyacı olub olmadığına qərar vermək.

Bilik və bacarıqlar:

  • Ali təhsil: Hüquq və ya İqtisadiyyat;
  • Dil bilikləri: Azərbaycan və İngilis dilləri yüksək səviyyədə, Rus dili arzuolunandır;
  • Kompüter bilikləri: Microsoft Office proqramından yüksək səviyyədə istifadə etmək bacarığı;
  • Bilavasitə vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində əsas sayılan qanunvericilik və normativ sənədlərinin tələblərini mükəmməl bilmək.
  • Analitik təhlil, məntiq, məlumatları tez bir vaxtda anlamaq;
  • Şirkətin əməliyyat sistemində aparılan əməliyyatları təhlil etmə bacarığı;
  • 1 il iş təcrübəsi (sığorta sahəsində təcrübə arzuolunandır).

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily31
  • Weekly412
  • Monthly1199