“PAŞA Sığorta” ASC namizədləri Anderraytinq üzrə kiçik mütəxəssis/mütəxəssis (müvəqqəti) vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və öhdəliklər:
- Riskin səmərəli qiymətləndirilməsi üçün lazımi məlumatları toplamaq və dəyərləndirmək;
- Müxtəlif mənbələrdən əldə olunmuş məlumatlar əsasında müəyyən bir riski qəbul və ya imtina etmək;
- Riskin dəyərləndirilməsi və riskə əsasən ən uyğun tarif və şərtlərin müəyyən olunması;
- Aktuari və birbaşa rəhbəri ilə birlikdə zərər nisbəti hesabatı prosesində iştirak etmək və cari zərər nisbətini təhlil etmək;
- Birbaşa rəhbərin nəzarəti altında tarif sistemini təşkil etmək;
- Riskin təkrarsığortaya ehtiyacı olub olmadığına qərar vermək.
Bilik və bacarıqlar:
- Ali təhsil: Hüquq və ya İqtisadiyyat;
- Dil bilikləri: Azərbaycan və İngilis dilləri yüksək səviyyədə, Rus dili arzuolunandır;
- Kompüter bilikləri: Microsoft Office proqramından yüksək səviyyədə istifadə etmək bacarığı;
- Bilavasitə vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində əsas sayılan qanunvericilik və normativ sənədlərinin tələblərini mükəmməl bilmək.
- Analitik təhlil, məntiq, məlumatları tez bir vaxtda anlamaq;
- Şirkətin əməliyyat sistemində aparılan əməliyyatları təhlil etmə bacarığı;
- 1 il iş təcrübəsi (sığorta sahəsində təcrübə arzuolunandır).
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.