PAŞA Sığorta ASC namizədləri Avtomatlaşdırma üzrə mühəndis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Bu vəzifə şirkət daxilində biznes və texniki proseslərin avtomatlaşdırılması üzrə əsas məsuliyyəti daşıyır. Rol Python proqramlaşdırma dili və AI əsaslı alətlərdən istifadə etməklə manual əməliyyatların optimallaşdırılması, sistemlər arasında inteqrasiyaların qurulması və proseslərin səmərəliliyinin artırılması üçün mühüm rol oynayır. Namizəd etibarlı və ölçülə bilən avtomatlaşdırma həllərinin hazırlanması və tətbiqində daxili komandalar və üçüncü tərəflərlə sıx əməkdaşlıq edəcəkdir.
Öhdəliklər:
- Şirkət daxilində HR, Maliyyə, Əməliyyatlar, IT və digər biznes proseslərinin təhlili və avtomatlaşdırılması üzrə həllərin hazırlanması və tətbiqi
- Python və AI əsaslı alətlərdən istifadə etməklə avtomatlaşdırma skriptləri, servis və workflow-ların hazırlanması, mövcud həllərin təkmilləşdirilməsi və davamlı işləməsinin təmin edilməsi
- Avtomatlaşdırma layihələri çərçivəsində yazılmış kodlara baxışın (code review) keçirilməsi, kodun keyfiyyətinin, oxunaqlılığının və təhlükəsizliyinin təmin edilməsi
- Avtomatlaşdırılmış sistemlərdə və proseslərdə yaranan texniki nasazlıqlara operativ reaksiya verilməsi, xətaların təhlili və aradan qaldırılması
- Avtomatlaşdırma və AI həllərində istifadə olunan məlumatların düzgünlüyünün, bütövlüyünün və sistemlər arasında düzgün ötürülməsinin yoxlanılması və təmin edilməsi
- Daxili və xarici sistemlər (web, mobil tətbiqlər, platformalar) arasında API, webhook və digər inteqrasiya mexanizmlərinin hazırlanması və tətbiqi
Bilik və İxtisaslar:
- AI / LLM əsaslı alətlərlə işləmə bacarığı
- Veb Servis: SOAP, REST
- MsSQL, ASP.net üzrə biliklər
- Prompt-based automation anlayışı
- Low-code / no-code alətlərə açıq yanaşma
- Chatbot, classification, validation use-case-ləri üzrə təcrübə
Təcrübə:
- 2–5 il real praktik təcrübə
- Biznes prosesləri ilə iş təcrübəsi
- "problem → solution → automation" düşüncə tərzi
Bacarıqlar:
- Ünsiyyət qurmaq
- Komandada işləmək
- Təqdimat
- Təşəbbüskarlıq
- Analitik düşüncə
- Dəqiqlik
- Planlama
Dil bilikləri: Azərbaycan, İngilis, Rus
Biz nə təklif edirik:
- Peşəkar və dəstəkləyici komanda mühiti
- Fərdi və peşəkar inkişaf imkanları
- Şirkət daxilində öyrənmə və bilik mübadiləsi mühiti
- İnnovativ və müasir iş mühiti
- “Great Place To Work” sertifikatlı şirkətdə iş imkanı.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.