“PAŞA Sığorta” ASC namizədləri Bank Kanalları Şöbəsinin Rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə öhdəlikləri:
- Şirkətdə bütün növ sığorta məhsulları və xidmətləri üzrə mövcud müştəri bazasının genişləndirilməsi və satışın həcminin artması üçün Bank Kanalları şöbəsinin əməkdaşlarının fəaliyyətinə nəzarət edilməsi, onların işinin əlaqələndirilməsi;
- Nəzarət etdiyi bazar seqmenti üzrə Kommersiya direktoru ilə birlikdə, satış siyasətini müəyyənləşdirilməsi;
- Bank Kanalları şöbəsinin əməkdaşları üçün müvafiq iş bölgüsünün və istiqamətləndirmənin həyata keçirilməsi;
- Banklar və Lizinq şirkətləri üzrə aparılan layihələrin irəliləməsində iştirak və yeni layihələrin cəlb olunmasında dəstək gösərilməsi;
- Mövcud partnyorlar ilə əlaqələrin qorunması və təkmilləşdirilməsini, həmçinin potensial partnyorlar üzrə şirkətin xidmət və məhsullarının satılmasının təmin edilməsi;
- Bank Kanalları şöbəsi istiqaməti üzrə şirkətə müraciət edən müştəriləri yüksək keyfiyyətli məlumatla təmin edilməsinə nəzarət;
- Vaxtlı-vaxtında sorğuların cavablarının Anderraytinq şöbəsinə daxil olmasını, sığorta müqavilələrinin və sığorta şəhadətnamələrinin alınmasının təmin edilməsi;
- Bütün partnyorlar ( Bank , Bank olmayan kredit təşkilatları , Lizinq şirkətləri və s. ) ilə əməkdaşlığın və sinerjinin möhkəmləndirilməsi; göndərilən sorğuların prioritetə alınması və ən qısa müddətdə cavablandırılması:
- Tələb olunan müddətdə müştərilərə sığorta müqavilələrinin təqdim edilməsi və onları sığorta müqavilələrinin şərtləri üzrə əhatəli izahatların verilməsinə nəzarət;
- Mütəmadi olaraq partnyorlar və müştəri bazası üzrə məlumatları təhlil edərək qiymətləndirilməsi;
- Bütün növ sığorta məhsullarının cari satışı və görülmüş işlərin vəziyyəti üzrə Kommersiya direktoruna müvafiq hesabatların təqdim olunması, Bank Kanalları satışları üzrə aylıq təhlilin nəticələrinin təqdim edilməsi;
- Birbaşa tabeçiliyində olduğu Rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.
Biliklər:
- Maliyyə, Biznesin İdarə edilməsi,İqtisadiyyat və ya oxşar sahə üzrə ali təhsil;
- Dil bilikləri: Azərbaycan, İngilis və Rus dilləri üzrə yüksək səviyyədə biliklərin olması;
- Kompyuter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı;
- Sığorta Qanunvericiliyi üzrə biliklərə sahib namizədlərə üstünlük verilir.
Təcrübə:
- Bank və ya sığorta sektorunda, xüsusilə bank kanalları və ya korporativ satış istiqamətində minimum 4–5 il iş təcrübəsi
Bacarıqlar:
- Güclü liderlik və komanda idarəetməsi bacarıqları;
- Yüksək analitik düşüncə və qərarvermə bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və strukturlaşdırılmış iş tərzi;
- Məxfilik və etibarlılıq;
- Təşkilatçılıq və planlaşdırma bacarığı;
- Effektiv kommunikasiya və təqdimat bacarıqları;
- Proaktivlik və təşəbbüskarlıq;
- Stressə davamlılıq və çoxsaylı proseslərin paralel idarə olunması bacarığı.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.