Baş Şəbəkə İnzibatçısı

  • Deadline 7 November 2025

PAŞA Sığorta” ASC namizədləri Baş Şəbəkə İnzibatçısı vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Əsas vəzifə və öhdəliklər.

  • Şirkətin lokal (LAN), genişzolaqlı (WAN), VPN və digər şəbəkə infrastrukturunun layihələndirilməsi, idarə edilməsi və optimallaşdırılması.
  • Şəbəkə cihazlarının (switch, router, firewall, load balancer və s.) quraşdırılması, konfiqurasiyası və monitorinqi.
  • İnformasiya təhlükəsizliyi siyasətlərinə uyğun olaraq şəbəkə mühitinin qorunması və risklərin azaldılması.
  • Sistem və şəbəkə problemlərinin diaqnostikası və həlli, kritik hadisələr zamanı sürətli müdaxilə.
  • Şəbəkə monitorinq sistemlərinin (Nagios, Zabbix, SolarWinds və s.) tətbiqi və nəzarəti.
  • Virtualizasiya və bulud texnologiyaları ilə inteqrasiya işlərinin həyata keçirilməsi.
  • İT infrastrukturunda yeniliklərin tətbiqi, şəbəkə genişləndirmə və modernləşdirmə layihələrinin icrası.
  • Şəbəkə inzibatçıları və mühəndislərindən ibarət komandaya rəhbərlik, onların bilik və bacarıqlarının inkişafına dəstək.
  • İllik büdcə və texniki ehtiyacların planlaşdırılması, vendorlarla əməkdaşlıq.
  • Audit və hesabatların hazırlanması, rəhbərliyə təqdim edilməsi.

Təhsil və ixtisas.

  • Orta, Ali
  • İxtisas: Kompüter elmləri – arzuolunandır

Sertifikatlar.

  • CCNA - Tələb olunur
  • CCNP – Arzuolunandır

Bilik və bacarıqlar.

  • Şəbəkə avadanlıqları ilə iş təcrübəsi (Palo-Alto, Cisco, Forti)
  • Şəbəkə texnologiyalarının prinsiplərini bilmək və şəbəkə avadanlıqlarının sazlanması üzrə təcrübə
  • Problemin araşdırılması ilə əlaqədar dəstəkçi şirkətlə ünsiyyət qurmaq bacarığı

Dil bilikləri.

  • Azərbaycan, İngilis , Rus.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily79
  • Weekly290
  • Monthly2379