Vəzifə və Öhdəliklər:
- Şirkətin strateji hədəflərinə və əməliyyat modelinə uyğun olaraq Biznes proseslərinin idarə edilməsi strategiyası, çərçivəsi, qayda və metodologiyaların işlənib hazırlanmasını və yenilənməsini təşkil etmək;
- Biznes proseslərinin təsviri, təhlili və optimallaşdırılması üzrə standartları hazırlamaq və tətbiq etmək;
- Biznes proseslərinin idarə edilməsi modelini işləyib hazırlamaq;
- Biznes proseslərinin reyestrini hazırlamaq və daimi olaraq aktual qalmasını təmin etmək;
- Biznes proseslərinin yetkinliyini, effektivliyini ölçmək;
- Biznes prosesləri üzrə əsas fəaliyyət göstəricilərini hazırlamaq və aktual qalmasını təmin etmək;
- Şirkətin ehtiyacları və tələblərinə uyğun biznes proseslərinin idarə edilməsi üzrə qabaqcıl texnologiyaları və alətləri araşdırmaq, öyrənmək və tətbiq etmək;
- Biznes proseslərinin müvafiq iştirakçılarının aydın və ətraflı vəzifə və məsuliyyətlərini müəyyən etmək;
- Biznes proseslərində olan potensial riskləri və uyğun nəzarət mexanizmlərini ətraflı təsvir etmək;
- Biznes proseslərinin iştirakçıları üçün proseslərinin effektiv idarə edilməsi üzrə maarifləndirmə təlimlərini keçirmək;
- Biznes proseslərinin iştirakçılarının dəyişikliklər barədə vaxtında və effektiv məlumatlandırılmasını təmin etmək;
- Biznes proseslərinin idarə edilməsi üzrə daxili hesabatlılıq sisteminin effektiv işləməsini təmin etmək;
- Tabeçiliyində olan əməkdaşların daimi inkişafı üzrə effektiv proqramın təmin edilməsini təşkil etmək;
- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar.
Biliklər
- Biznesin idarə edilməsi, Əməliyyatların idarə edilməsi, Mühəndislik, İqtisadiyyat və ya oxşar sahə üzrə ali təhsil;
- Kompyuter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı;
- Biznes proseslərinin idarə edilməsi alətləri və texnologiyaları haqqında dərin biliklər və istifadə etmək təcrübəsinin olması;
- Dil bilikləri: Azərbaycan və İngilis dilləri üzrə yüksək səviyyədə biliklərin olması, Rus dili biliyi arzuolunandır;
- Müvafiq sahə üzrə beynəlxalq sertifikatları olan namizədlərə üstünlük verilir.
Təcrübə
- Biznes proseslərinin idarə olunması sahəsi üzrə minimum 5 il təcrübə (Maliyyə institutları və ya məsləhətçi şirkətlərin birində təcrübəsi olan namizədlərə üstünlük verilir);
Bacarıqlar
- Yüksək təqdimat bacarıqları;
- Komanda ilə effektiv işləmək bacarığı;
- Yaxşı ünsiyyət bacarığı;
- Məntiqi, analitik və tənqidi düşüncə;
- Yaradıcı düşünmə;
- Təşəbbüskarlıq;
- Dəyişiklikləri effektiv idarə etmə;
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV nizi elektron poçt ünvanına göndərin.