Data Steward

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Data Steward

  • Deadline 15 Fevral 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş barədə məlumatlar:

  • Şirkətin data domenlərinin müəyyən edilməsi və onların strukturlaşdırılması.
  • Məlumat axınlarının izlənməsi və bu məlumatların effektiv istifadəsini təmin etmək üçün uyğun sistemlərin yaradılması.
  • Şirkət daxilində müxtəlif məlumat domenlərinin koordinasiyası və uyğunlaşdırılması.
  • Texniki və biznes komandalar arasında ümumi anlaşmanı təmin etmək üçün data lüğətinin yaradılması və yenilənməsi.
  • Lüğətlərdəki dəyişikliklərin idarə olunması və təşkilati təsirin analiz edilməsi.
  • Data idarəetmə alətləri vasitəsilə məlumat keyfiyyəti qaydalarının tərtibi, tətbiqi və monitorinqi.
  • Məlumat problemlərinin əsas səbəblərinin (root cause) analiz edilməsi və həll yollarının təklif edilməsi.
  • Data keyfiyyətinin artırılması üçün strateji fəaliyyət planlarının hazırlanması və bu planların reallaşdırılması üzrə dəstəyin göstərilməsi.
  • Data elementləri ilə bağlı metadataların müəyyənləşdirilməsi və onların təsnifatı.
  • Data domen xəritəsinin digər data steward-larla birgə təhlili və inkişaf etdirilməsi.
  • Data istifadəçilərindən və data idarəetmə alətlərindən gələn məlumat keyfiyyəti problemlərinin araşdırılması və həll edilməsi.
  • Problemlərin əsas mənbələrinin təyin edilməsi və onların aradan qaldırılması üçün prioritetlərin müəyyən edilməsi.
  • Həll yolları və yol xəritələrinin hazırlanması, həmçinin bu proseslərdə əməliyyat qruplarının yaradılması və koordinasiyası.
  • Şirkət daxilində məlumat keyfiyyəti üzrə standartların müəyyən edilməsi və tətbiqi.
  • Keyfiyyət parametrləri əsasında məlumatların monitorinqi və davamlı təkmilləşdirilməsi.
  • Şirkətin keyfiyyət məqsədlərinə uyğun hesabatların təqdim edilməsi.
  • Keyfiyyət problemlərinə dair fəaliyyət planlarının nəticələrinin izlənilməsi və təkmilləşdirilməsi.

İş Təcrübəsi:

  • Məlumat idarəetmə, data keyfiyyəti və data governance prinsipləri üzrə güclü bilik və praktiki təcrübə.
  • Analitik düşüncə tərzi və kompleks məlumat problemlərinin həlli üzrə təcrübə.
  • Data idarəetmə alətləri (Data Catalog, Data Quality Tools və s.) və prosesləri ilə iş təcrübəsi.
  • Məlumat keyfiyyəti ilə bağlı layihələrin idarə edilməsi üzrə təcrübə üstünlükdür.
  • Təşkilat daxilində müxtəlif komandalarla əməkdaşlıq və nəticəyə yönəlmiş ünsiyyət bacarıqları.

Kompüter Bilikləri:

  • Microsoft Office (xüsusilə Excel və PowerPoint) üzrə mükəmməl bilik.
  • SQL və məlumat bazaları ilə işləmə bacarığı.
  • Python və ya digər analitik proqramlaşdırma dilləri üzrə biliklər.
  • Power BI və ya digər BI (Business Intelligence) alətləri ilə təcrübə.
  • Data GovernanceData Quality Tools üzrə iş təcrübəsi əlavə üstünlükdür.

Xarici Dillər:

  • İngilis dili: Əla səviyyədə 
  • Rus dili: Əla səviyyədə
  • Əlavə dillər üstünlükdür, lakin əsas tələblər deyil.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi elektron poçt ünvanına göndərin.

  • Daily144
  • Weekly463
  • Monthly1982