PAŞA Sığorta ASC namizədləri DevOps üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Bu vəzifə təşkilatın İT infrastrukturunun davamlı inkişafı və dayanıqlılığını təmin etmək üçün Kubernetes klasterlərinin layihələndirilməsi, yerləşdirilməsi və idarə olunması, GitOps yanaşmalarının tətbiqi, monitorinq və təhlükəsizlik proseslərinin avtomatlaşdırılması, həmçinin kodlaşdırma və avtomatlaşdırma standartlarının inkişafında iştirak etməklə biznesin rəqəmsal transformasiyasına töhfə verir.
Öhdəliklər
- Kubernetes klasterlərinin layihələndirilməsi, yerləşdirilməsi və dəstəklənməsi
- GitOps yanaşması ilə infrastruktur və tətbiqlərin idarə olunması
- Monitorinq, loglama və tracing sistemlərinin qurulması və dəstəklənməsi (Grafana, Prometheus, Loki, Tempo və s.)
- Docker image-lərinin idarə olunması, Nexus və Harbor-da saxlanılması və paylaşılması
- Gizli məlumatların təhlükəsizliyinin təmin olunması və Vault vasitəsilə idarə olunması
- LDAP ilə giriş və səlahiyyətlərin idarə olunması
- Şəbəkə təhlükəsizliyinin təmin olunması – DMZ, firewall, TLS, proxy
- CI/CD proseslərinin avtomatlaşdırılması və pipeline-ların dəstəklənməsi (GitLabCI və s.)
- Sistemlərin vəziyyətinə nəzarət, gündəlik texniki tapşırıqların yerinə yetirilməsi və müvafiq hesabatların hazırlanması
- Problemlərin qiymətləndirilməsi və həll yollarının tapılması
- Proqram təminatlarının yerləşdirilməsində yaranan çətinliklərin müəyyənləşdirilməsi və aradan qaldırılması
- Kodun vaxtında hazırlanmasına və keyfiyyətinə nəzarət, proseslərin səmərəliliyinin artırılması layihələrində iştirak
- Kodlaşdırmanın standartlaşdırılması və avtomatlaşdırılması prosesləri üzrə planların hazırlanmasında iştirak
- Konfiqurasiyanın idarə edilməsi və problemlərin aradan qaldırılması biliklərinin formalaşdırılması
Bilik və Bacarıqlar
- Kubernetes, Helm Chart və orchestration platformalarla iş təcrübəsi
- Docker və container texnologiyaları üzrə bilik və təcrübə
- CI/CD alətləri (GitLabCI və s.) ilə iş təcrübəsi
- Provisioning və virtualizasiya texnologiyaları üzrə biliklər
- Versiya kontrol sistemləri (Git, GitFlow və s.) ilə təcrübə
- Monitorinq və loglama texnologiyaları (Grafana, Prometheus, Loki, Nagios, ELK, Alert manager, GrayLog və s.)
- Registry və artifact repository-lərlə iş (Nexus, Harbor)
- HashiCorp Vault və External Secrets Operator ilə gizli məlumatların idarə olunması
- Şəbəkə təhlükəsizliyi və giriş idarəetməsi (DMZ, firewall, TLS, Proxy, LDAP, RBAC)
- Linux administrator bacarıqları
- Python və Bash ilə avtomatlaşdırma təcrübəsi
- Non-relation bazalar (Redis, Mongo) üzrə bilik və təcrübə
- Mikroxidmətlər arxitekturası üzrə anlayış
- Terraform, Ansible və digər IaC/CM alətləri ilə işləmək bacarığı üstünlükdür
- Güclü ünsiyyət və komanda ilə işləmək bacarığı
- Proaktiv yanaşma və davamlı inkişaf istəyi
- Analitik düşüncə və problem həll etmə bacarığı
- Yüksək məsuliyyət və detallara diqqət
- Tapşırıqları prioritetləşdirmək və dinamik mühitdə effektiv işləmək bacarığı
- Dil bilikləri: Azərbaycan, İngilis
Təhsil və Təcrübə
- Ali və ya orta ixtisas təhsili
- İT infrastrukturu və DevOps sahəsində minimum 1 il iş təcrübəsi
- Kubernetes (CKA arzuolunandır; CKAD və/və ya CKS üstünlükdür)
- Terraform sertifikatı üstünlükdür
Bizim Təklifimiz
- Peşəkar və dəstəkləyici komanda ilə əməkdaşlıq imkanı
- Rəqəmsal transformasiya və innovativ layihələrdə iştirak
- Fərdi və peşəkar inkişaf üçün davamlı öyrənmə və təcrübə mühiti
- Şəffaflıq və açıq ünsiyyətə əsaslanan iş mühiti
- “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.