İcbari növlər üzrə sektorun kiçik mütəxəssisi / mütəxəssisi

  • Deadline 10 May 2026

PAŞA Sığorta ASC namizədləri İcbari növlər üzrə sektorun kiçik mütəxəssisi / mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Əmlaka dəyən zərərin qiymətləndirilməsinə aid sənədlərin kənar strukturlardan (avtoservislərdən, qiymətləndiricilərdən) əldə edilməsi
  • Təmir işlərinə ümumi nəzarətin həyata keçirilməsi və təmirin keyfiyyətli olmasının təşkil edilməsi
  • Sığorta hadisəsi nəticəsində əmlaka dəyən ziyanın müəyyənləşdirilməsi, hissələrin siyahısının tərtib edilməsi, avtoservislərin təqdim etdiyi qiymətlərin orta bazar qiymətlərinə uyğunluğuna nəzarət və qiymətlərin razılaşdırılması
  • Yekun zərərin təyin edilməsi və məlumatın departamentin müvafiq əməkdaşına ötürülməsi
  • Müştərilərə sms vasitəsi ilə son məbləğin vaxtında ötürülməsi
  • Sığortaçının, müştərilərin və avtoservislərin xeyrinə əsassız xərclərin qarşısının alınması, sığorta dələduzluğunun aşkarlanıb ifşa olunmasının təşkili
  • Zərərə məruz qalmış əmlakın təmiri prosesində əvəz olunmuş ehtiyat hissələrinin saxlanılmasını və ya utilizasiya olunmasını təşkil etmək

Bilik və Bacarıqlar

  • Avtomobil və texnika sahəsində texniki biliklər
  • Sığorta qanunvericiliyi üzrə biliklər
  • Avtomobil hissələrinin bazar dəyəri və servis xidmətləri barədə məlumatlılıq
  • Yol-nəqliyyat hadisələri üzrə biliklər
  • Ünsiyyət və komanda ilə işləmək bacarığı
  • Məsuliyyətlilik və təşəbbüskarlıq
  • Stresə və ağır iş həcminə dözümlülük
  • Dil bilikləri: Azərbaycan

Təhsil və Təcrübə

  • Ali təhsil
  • Biznes və ya aidiyyatı sahədə minimum 1-2 il iş təcrübəsi arzuolunandır

Bizim Təklifimiz

  • Peşəkar və dəstəkləyici komandada əməkdaşlıq imkanı
  • Fərdi və peşəkar inkişaf üçün davamlı öyrənmə mühiti
  • Şirkətin inkişafında və innovativ layihələrdə iştirak imkanı
  • Şəffaflıq və açıq ünsiyyətə əsaslanan korporativ mədəniyyət
  • “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily7
  • Weekly706
  • Monthly1090