PAŞA Sığorta ASC namizədləri İcbari növlər üzrə sektorun kiçik mütəxəssisi / mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Əmlaka dəyən zərərin qiymətləndirilməsinə aid sənədlərin kənar strukturlardan (avtoservislərdən, qiymətləndiricilərdən) əldə edilməsi
- Təmir işlərinə ümumi nəzarətin həyata keçirilməsi və təmirin keyfiyyətli olmasının təşkil edilməsi
- Sığorta hadisəsi nəticəsində əmlaka dəyən ziyanın müəyyənləşdirilməsi, hissələrin siyahısının tərtib edilməsi, avtoservislərin təqdim etdiyi qiymətlərin orta bazar qiymətlərinə uyğunluğuna nəzarət və qiymətlərin razılaşdırılması
- Yekun zərərin təyin edilməsi və məlumatın departamentin müvafiq əməkdaşına ötürülməsi
- Müştərilərə sms vasitəsi ilə son məbləğin vaxtında ötürülməsi
- Sığortaçının, müştərilərin və avtoservislərin xeyrinə əsassız xərclərin qarşısının alınması, sığorta dələduzluğunun aşkarlanıb ifşa olunmasının təşkili
- Zərərə məruz qalmış əmlakın təmiri prosesində əvəz olunmuş ehtiyat hissələrinin saxlanılmasını və ya utilizasiya olunmasını təşkil etmək
Bilik və Bacarıqlar
- Avtomobil və texnika sahəsində texniki biliklər
- Sığorta qanunvericiliyi üzrə biliklər
- Avtomobil hissələrinin bazar dəyəri və servis xidmətləri barədə məlumatlılıq
- Yol-nəqliyyat hadisələri üzrə biliklər
- Ünsiyyət və komanda ilə işləmək bacarığı
- Məsuliyyətlilik və təşəbbüskarlıq
- Stresə və ağır iş həcminə dözümlülük
- Dil bilikləri: Azərbaycan
Təhsil və Təcrübə
- Ali təhsil
- Biznes və ya aidiyyatı sahədə minimum 1-2 il iş təcrübəsi arzuolunandır
Bizim Təklifimiz
- Peşəkar və dəstəkləyici komandada əməkdaşlıq imkanı
- Fərdi və peşəkar inkişaf üçün davamlı öyrənmə mühiti
- Şirkətin inkişafında və innovativ layihələrdə iştirak imkanı
- Şəffaflıq və açıq ünsiyyətə əsaslanan korporativ mədəniyyət
- “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.