Korporativ Kommunikasiya üzrə baş mütəxəssis

  • Deadline 7 Noyabr 2025

Vəzifə öhdəlikləri:

  • Struktur bölmələr arasında kommunikasiya axınının koordinasiyasını təmin etmək;
  • Strateji kommunikasiya fəaliyyətlərinin icrasını həyata keçirmək;
  • Əməkdaş rifahı və sağlamlıqla bağlı təşəbbüsləri dəstəkləmək;
  • Şöbə və digər strukturların məqsədlərinə uyğun video və foto materiallar hazırlamaq;
  • Komandaquruculuğu və tədbirləri təşkil etmək;
  • PR tədbirlərini, sponsorluq və xeyriyyəçilik layihələrini təşkil etmək, KSM (korporativ sosial məsuliyyət) təşəbbüslərini həyata keçirmək;
  • Media ilə əlaqələrin qurulması, press-relizlərin hazırlanması, yerləşdirilməsi və media monitorinqini aparmaq;
  • Promo-materialların və korporativ hədiyyələrin hazırlanması, yerləşdirilməsi və müştərilərə çatdırılması prosesini idarə etmək;
  • Şirkət haqqında neqativ rəylərin və şərhlərin idarə edilməsini həyata keçirmək;
  • Rəhbərlik adından məktublar hazırlamaq və leadership kommunikasiya fəaliyyətlərini icra etmək;
  • Müştərilər və tərəfdaşlar üçün xarici tədbirləri təşkil etmək;
  • Kommunikasiya büdcəsinin formalaşdırılmasında iştirak etmək.

Təhsil və ixtisas:

  • Strateji Kommunikasiya, Jurnalistika, Marketinq, Sosial Elmlər və ya əlaqəli sahələr üzrə.

Sertifikatlar:

  • Beynəlxalq sertifikasiya arzuolunandır.

Bilik və bacarıqlar:

  • Məlumatı toplamaq və təhlil etmək bacarığı/Analitik düşüncə.
  • Təqdimetmə bacarığı.
  • Təqdimetmə bacarığı.
  • Məlumatın və mesajın düzgün ötürülmə bacarığı.
  • Qramatik yazışma qaydaları.
  • Daxili kommunikasiya, liderlik kommunikasiya və dəyişikliklərin idarəedilməsi üzrə anlayışlar.
  • Təşəbbüskarlıq və yenilikçilik bacarığı.
  • Komanda ilə işləyə bilmək.
  • Konfliktlərin/stresin idarə edilməsi.
  • Təşkilatçılıq.
  • Məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı.
  • Ünsiyyətqurma və dinləmə.

Dil bilikləri:

  • Azərbaycan, İngilis, Rus.
  • Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily127
  • Weekly225
  • Monthly2327