Layihə portfelinin idarə olunması şöbəsinin rəhbəri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Layihə portfelinin idarə olunması şöbəsinin rəhbəri

  • Deadline 14 Aprel 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri

  • Layihə portfelinin idarəolunması və biznes strategiyasına uyğunluğunun təmin olunmasında dəstək göstərmək;
  • Layihələrin idarə olunması üzrə metodologiyanın hazırlanmasını, təkmilləşdirilməsini və kommunikasiyasını həyata keçirmək;
  • Layihələrin idarəolunması istiqamətində metodologiyanın biznes ehtiyaclarına və layihələrin xüsusiyyətinə əsasən təkmilləşdirmək;
  • Layihələrin təsdiq olunmuş Layihələrin İdarəolunması Metodologiyasına əsasən həyata keçirilməsinə nəzarət etmək;
  • Şirkət daxilində layihələrin idarəolunması ilə bağlı təlimlərin təşkil olunmasında dəstək göstərmək;
  • Layihə komandasının performansının qiymətləndirilməsi prosesinin yaradılması və təkmilləşdirilməsi;
  • Layihələrin planlaşdırılma, icra və bağlanma mərhələlərində layihə menecerlərinə dəstək vermək;
  • Layihələr üzrə ƏFG-lərin ölçüləbilir təyin olunmasına nəzarət etmək və layihə menecerlərinə ƏFG-lərin təyin olunmasında dəstək göstərmək;
  • Tamamlanmış layihələrin effektivliyinin ölçülməsi məqsədi layihə sonrası qiymətləndirmə prosesinin həyata keçirilməsində dəstək göstərmək;
  • Layihələr üzrə sənədləşmələrin metodologiyaya əsəsən aparılmasını təmin etmək;
  • Layihə Portfeli üzrə aylıq hesabatın vaxtında hazırlanmasına nəzarət etmək və təkmilləşdirilməsini təmin etmək;
  • Layihə Portfeli üzrə Komitə iclaslarının təşkilini təmin etmək;
  • Layihələr üzrə sənədləşmənin qeydiyyatının aparılmasına və arxivləşdirilməsinə nəzarət etmək;
  • Layihələrin İdarəolunması istiqamətinin gücləndirilməsi məqsədi ilə proseslərin və qaydaların yaradılması və yenilənməsi proseslərini təşviq edərək iştirak etmək;
  • Birbaşa rəhbərin tapşırığına əsasən, vəzifə təlimatında qeyd olunmayan, layihə idarəolunmasında Paşa Sığorta üçün faydalı olan digər işləri icra etmək.

Tələblər:

  • Layihələrin idarəolunması, biznesin idarə edilməsi, iqtisadiyyat və ya maliyyə üzrə təhsil;
  • Layihələrin idarəolunması istiqamətində ən azı 4 il iş təcrübəsi; 
  • Layihələrin İdarəolunması istiqaməti üzrə (PMP, PgMP, PfMP və s.) sertifikalardan ən az birinə sahib olması.
  • İdarəetmə və koordinasiya, peşəkar təqdimatlar etmək, peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət, məntiqi və analitik düşünmə tərzi, dürüstlük, təşəbbüskarlıq, komanda işini formalaşdırmaq bacarığı
  • Dil bilikləri: Azərbaycan, İngilis
  • Rəhbər vəzifədə çalışmış namizədlərə üstünlük verilir.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi elektron poçt ünvanına göndərin. 

  • Daily3
  • Weekly3
  • Monthly1778