Maliyyə risklərinin idarə edilməsi şöbəsinin rəhbəri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Maliyyə risklərinin idarə edilməsi şöbəsinin rəhbəri

  • Deadline 6 Fevral 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə və Öhdəliklər:

  • Maliyyə risklərinin idarə edilməsi üzrə siyasət, qayda və metodologiyaların işlənib hazırlanmasını və yenilənməsini təşkil etmək;
  • Sığortaçının maliyyə dayanıqlığını qiymətləndirmək;
  • Daxili reytinq/skorinq modellərinin inkişaf etdirilməsi, yenilənməsi və validasiyasını həyata keçirmək;
  • Mütəmadi olaraq maliyyə risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsini təşkil etmək və nəticəsində risk xəritəsini hazırlamaq;
  • Borcalanların kredit riski qiymətləndirilməsi üzrə metodologiyasının tətbiq edilməsinin koordinasiyasını, dəstəyini və nəzarətini həyata keçirmək;
  • Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsində iştirak etmək və tətbiqi üzrə işləri həyata keçirmək;
  • Stress-test üzrə metodologiyaların və modellərinin hazırlanmasını, tətbiq edilməsini təşkil etmək və nəticələri ilə bağlı təkliflər vermək;
  • Risk iştahasının hazırlanmasında iştirak etmək və monitorinqi ilə bağlı prosesə nəzarəti təmin etmək;
  • Risk limitlərinin hesablanmasına dair təkliflərin verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
  • Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə digər departamentlərdən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək;
  • Risk məsələləri ilə bağlı şirkətin digər departamentlərinə məsləhətlər vermək və metodoloji yardım göstərmək;
  • Riyazi və statistik metodlardan istifadə etməklə maliyyə risklərinin qiymətləndirilməsini həyata keçirmək;
  • Maliyyə riskləri üzrə daxili hesabatlılıq sisteminin effektiv işləməsini təmin etmək;
  • Tabeçiliyində olan əməkdaşların daimi inkişafı üzrə effektiv proqramın təmin edilməsini təşkil etmək;
  • Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar.

Biliklər:

  • Maliyyə, Riyaziyyat, İqtisadiyyat və ya oxşar sahə üzrə ali təhsil;
  • Kompyuter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı; (böyük həcmli məlumatlar, modellədirmə üzrə olan proqram və instrumentlərdən istifadə bacarığı arzuolunandır);
  • Dil bilikləri: Azərbaycan və İngilis dilləri üzrə yüksək səviyyədə biliklərin olması, Rus dili biliyi arzuolunandır.
  • Müvafiq sahə üzrə beynəlxalq sertifikatları olan namizədlərə üstünlük verilir

Təcrübə:

  • Risklərin idarə olunması sahəsi üzrə minimum 4 il təcrübə (Maliyyə institutları və ya məsləhətçi şirkətlərin birində təcrübəsi olan namizədlərə üstünlük verilir);

Bacarıqlar:

  • Yüksək təqdimat bacarıqları;
  • Komanda ilə effektiv işləmək bacarığı;
  • Yaxşı ünsiyyət bacarığı;
  • Məntiqi və analitik düşüncə;
  • Təşəbbüskarlıq;
  • Böyük məlumat bazaları ilə işləmək bacarığı;
  • Modelləşdirmə.

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi elektron poçt ünvanına göndərin.

  • Daily0
  • Weekly463
  • Monthly1981