Maliyyə və sığorta risklərinin idarəolunması üzrə baş mütəxəssis

Maliyyə və sığorta risklərinin idarəolunması üzrə baş mütəxəssis

  • Deadline 16 May 2026

PAŞA Sığorta ASC namizədləri Maliyyə və sığorta risklərinin idarəolunması üzrə baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Maliyyə və sığorta risklərinin idarəolunması üzrə baş mütəxəssis kimi əsas məqsədiniz şirkətin maliyyə və sığorta risklərinin sistemli şəkildə müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunması proseslərinə rəhbərlik etmək, risklərin effektiv idarə olunması üçün qabaqcıl metodologiyaların tətbiqini təmin etmək və rəhbərliyə strateji qərarların qəbulunda dəstək vermək olacaq.

Öhdəliklər

  • Maliyyə təşkilatları və təkrarsığorta şirkətlərinin reytinqlərinin mütəmadi monitorinqinə rəhbərlik etmək, nəticələri təhlil etmək və risklər üzrə rəy bildirmək, reytinq dəyişikliklərinin şirkətin risk profilinə təsirini qiymətləndirmək və rəhbərliyə hesabat təqdim etmək.
  • Maliyyə risklərinin idarə edilməsi üzrə beynəlxalq təcrübə və tənzimləyici tələbləri nəzərə alaraq metodoloji sənədlərin uyğunluğunu təmin etmək, metodologiyaların hazırlanması, təkmilləşdirilməsi və yenilənməsi prosesinə rəhbərlik etmək.
  • Maliyyə və sığorta risklərinin sistemli şəkildə müəyyənləşdirilməsi və qiymətləndirilməsini təşkil etmək.
  • Stress-test modellərinin hazırlanması, tətbiqi və nəticələrinin dərin təhlilini aparmaq, nəticələrə əsaslanaraq risklərin azaldılması üzrə təkliflər vermək.
  • Maliyyə riskləri üzrə limitlərin hesablanması və yenilənməsi ilə bağlı əsaslandırılmış təkliflər hazırlamaq.
  • Risk iştahasının strateji hədəflərlə uyğunluğunu qiymətləndirmək və müvafiq təkliflər irəli sürmək.
  • Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə digər departamentlərdən, elektron informasiya sistemlərindən və xarici mənbələrdən alınmış məlumatları təhlil etmək.
  • Riyazi, statistik və analitik modellərdən istifadə etməklə maliyyə risklərinin ölçülməsini həyata keçirmək.
  • Maliyyə riskləri ilə bağlı şirkətin digər departamentlərinə məsləhətlər vermək və metodoloji yardım göstərmək.
  • Risk göstəriciləri üzrə analitik icmallar və təqdimatlar hazırlamaq.
  • Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Bilik və Bacarıqlar

  • MS Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı
  • Maliyyə risklərinin idarə olunması sahəsində biliklər
  • Riyazi-statistik metodlar üzrə biliklər
  • Maliyyə hesabatları üzrə biliklər
  • Modelləşdirmə və iri həcmli məlumat bazaları ilə işləmək bacarığı
  • Təqdimat bacarıqları
  • Emosional stabillik və məsuliyyətlilik
  • Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı
  • Məntiqi və analitik düşüncə
  • Stressə davamlılıq və təşəbbüskarlıq
  • Dil bilikləri: Azərbaycan, İngilis, Rus

Təhsil və Təcrübə

  • Ali təhsil (bakalavr) – İqtisadiyyat, Maliyyə, İdarəetmə və ya Riyaziyyat ixtisasları üzrə
  • Maliyyə və ya sığorta risklərinin idarəolunması sahəsində minimum 3 il iş təcrübəsi
  • FRM, PRM, CFA kimi beynəlxalq sertifikatlara sahib olmaq üstünlükdür

Bizim Təklifimiz

  • Peşəkar və dinamik komandada əməkdaşlıq və inkişaf imkanı
  • Fərdi və peşəkar inkişaf üçün təlim və öyrənmə imkanları
  • Şirkətin uğuruna töhfə vermək və dəyər yaratmaq imkanı
  • Şəffaf və açıq korporativ mədəniyyət
  • “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily64
  • Weekly544
  • Monthly1637