PAŞA Sığorta ASC namizədləri Məsul Aktuari vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə haqqında qısa təsvir:
Şirkətin performans əməliyyatı nəticələrinin inkişaf etdirilməsi üçün - şirkətdəki işlərin müxtəlif seqmentlərinin təhlili, şirkətin maliyyə sabitliyinin təhlili, sığorta dərəcələrinin hesablanması.
Vəzifə və Öhdəliklər:
- Maliyyə Bazarlarına Nəzarət Palatasına rüblük təqdim olunan hesabatların aidiyyəti bölmələrinin hazırlanması və Palatanın müvafiq proqram təminatının (“SNS”) yoxlaması ilə göndərilməsi;
- Aylıq korporativ hesabatların və Beynəlxalq Maliyyə Hesabatları Standartları üzrə illik maliyyə hesabatların təhlili;
- Sığorta ehtiyatlarının təhlil edilməsi, proqnozlaşdırılması və optimallaşdırılması üzrə təkliflər verilməsi;
- Şirkətin fəaliyyəti, maliyyə vəziyyətinin və əməliyyat nəticələrinin təhlil edilməsi;
- Sığorta siniflərinin gəlirliliyinin təhlil edilməsi;
- Təkrarsığorta müqavilələrinin təhlil edilməsi və müvafiq təkliflərin irəli sürülməsi;
- Məcmu kapitalın, sığortaçının öz vəsaitinin və ödəmə qabiliyyətinin adekvatlığının təminatı istiqamətində işlərin aparılması;
- Statistik məlumatlarla iş aparılması, zərərliliyin əməliyyat seqmentləri üzrə hesablanması və müxtəlif müqayisəli və alternativ təhlillərin aparılması;
- Şirkətin fəaliyyətində mühüm hadisə və dəyişiklərinin Şirkətin gələcək fəaliyyətinə mümkün olan təsirlərin aktuar təhlilinin aparılması və müvafiq aktuar rəy və tövsiyələrin verilməsi;
- Mövcud olan məlumatlara əsasən ölkənin sığorta bazarı ilə Şirkətin biznesinin müqayisəli təhlilinin aparılması;
- Risk akkumulasiyasının mütəmadi olaraq təhlil edilməsi və limitləşdirilməsi, optimallaşdırılması istiqamətində təkliflərin irəli sürülməsi;
- Sığorta tariflərinin baza hissələrinin hesablanması üzrə təhlili;
- Sığorta qaydalarının hazırlanmasında iştirak;
- Aktuar işinin proqramlaşdırılması və avtomatlaşdırılması və mövcud proqram təminatının təkmilləşdirilməsi üzrə davamlı işlərin aparılması;
- Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq qaydalarının, tələblərinin, normativ sənədlərinin və s. uyğunluğu üçün mütəmadi işlərin aparılması;
- Təhlillərin nəticəsində təqdimatların hazırlanması;
- İstiqaməti üzrə əlaqəli qaydaların, təlimatların hazırlanması və mütəmadi olaraq yenilənməsi;
- Komanda daxilindəki münaqişələri və ya problemləri müsbət və açıq şəkildə həll edilməsi;
- Sənədlərin və ona məlum olan əməliyyatlar və xidməti tapşırıqların məxfiliyinin lazımi səviyyəsinin qorunması;
- Birbaşa rəhbər tərəfindən verilmiş digər tapşırıqların yerinə yetirilməsi.
BİLİKLƏR
- İqtisadiyyat, Maliyyə, Riyaziyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Aktuar riyaziyyatı və statistik təhlil metodları üzrə güclü biliklər;
- MS Office proqramlarında peşəkar istifadə bacarığı;
- Azərbaycan, Rus və İngilis dillərində yüksək səviyyədə bilik;
- Aktuar sahəsi üzrə beynəlxalq və ya yerli sertifikatların olması;
- SQL və R Studio bilikləri;
- Delphi və Python bilikləri arzuolunandır.
TƏCRÜBƏ
- Aktuar sahəsində minimum 3 il iş təcrübəsi.
BACARIQLAR
- Yüksək məsuliyyətlilik və dəqiqlik;
- Güclü analitik və məntiqi düşüncə;
- Effektiv ünsiyyət və təqdimat bacarıqları;
- Təşəbbüskarlıq və nəticəyönümlülük;
- Komandada işləmək bacarığı
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.