Məsul Aktuari

  • Истекает 29 январь 2026

PAŞA Sığorta ASC namizədləri Məsul Aktuari vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə haqqında qısa təsvir:
Şirkətin performans əməliyyatı nəticələrinin inkişaf etdirilməsi üçün - şirkətdəki işlərin müxtəlif seqmentlərinin təhlili, şirkətin maliyyə sabitliyinin təhlili, sığorta dərəcələrinin hesablanması.

Vəzifə və Öhdəliklər:

  • Maliyyə Bazarlarına Nəzarət Palatasına rüblük təqdim olunan hesabatların aidiyyəti bölmələrinin hazırlanması və Palatanın müvafiq proqram təminatının (“SNS”) yoxlaması ilə göndərilməsi;
  • Aylıq korporativ hesabatların və Beynəlxalq Maliyyə Hesabatları Standartları üzrə illik maliyyə hesabatların təhlili;
  • Sığorta ehtiyatlarının təhlil edilməsi, proqnozlaşdırılması və optimallaşdırılması üzrə təkliflər verilməsi;
  • Şirkətin fəaliyyəti, maliyyə vəziyyətinin və əməliyyat nəticələrinin təhlil edilməsi;
  • Sığorta siniflərinin gəlirliliyinin təhlil edilməsi;
  • Təkrarsığorta müqavilələrinin təhlil edilməsi və müvafiq təkliflərin irəli sürülməsi;
  • Məcmu kapitalın, sığortaçının öz vəsaitinin və ödəmə qabiliyyətinin adekvatlığının təminatı istiqamətində işlərin aparılması;
  • Statistik məlumatlarla iş aparılması, zərərliliyin əməliyyat seqmentləri üzrə hesablanması və müxtəlif müqayisəli və alternativ təhlillərin aparılması;
  • Şirkətin fəaliyyətində mühüm hadisə və dəyişiklərinin Şirkətin gələcək fəaliyyətinə mümkün olan təsirlərin aktuar təhlilinin aparılması və müvafiq aktuar rəy və tövsiyələrin verilməsi;
  • Mövcud olan məlumatlara əsasən ölkənin sığorta bazarı ilə Şirkətin biznesinin müqayisəli təhlilinin aparılması;
  • Risk akkumulasiyasının mütəmadi olaraq təhlil edilməsi və limitləşdirilməsi, optimallaşdırılması istiqamətində təkliflərin irəli sürülməsi;
  • Sığorta tariflərinin baza hissələrinin hesablanması üzrə təhlili;
  • Sığorta qaydalarının hazırlanmasında iştirak;
  • Aktuar işinin proqramlaşdırılması və avtomatlaşdırılması və mövcud proqram təminatının təkmilləşdirilməsi üzrə davamlı işlərin aparılması;
  • Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq qaydalarının, tələblərinin, normativ sənədlərinin və s. uyğunluğu üçün mütəmadi işlərin aparılması;
  • Təhlillərin nəticəsində təqdimatların hazırlanması;
  • İstiqaməti üzrə əlaqəli qaydaların, təlimatların hazırlanması və mütəmadi olaraq yenilənməsi;
  • Komanda daxilindəki münaqişələri və ya problemləri müsbət və açıq şəkildə həll edilməsi;
  • Sənədlərin və ona məlum olan əməliyyatlar və xidməti tapşırıqların məxfiliyinin lazımi səviyyəsinin qorunması;
  • Birbaşa rəhbər tərəfindən verilmiş digər tapşırıqların yerinə yetirilməsi.

BİLİKLƏR

  • İqtisadiyyat, Maliyyə, Riyaziyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Aktuar riyaziyyatı və statistik təhlil metodları üzrə güclü biliklər;
  • MS Office proqramlarında peşəkar istifadə bacarığı;
  • Azərbaycan, Rus və İngilis dillərində yüksək səviyyədə bilik;
  • Aktuar sahəsi üzrə beynəlxalq və ya yerli sertifikatların olması;
  • SQL və R Studio bilikləri;
  • Delphi və Python bilikləri arzuolunandır.

TƏCRÜBƏ

  • Aktuar sahəsində minimum 3 il iş təcrübəsi.

BACARIQLAR

  • Yüksək məsuliyyətlilik və dəqiqlik;
  • Güclü analitik və məntiqi düşüncə;
  • Effektiv ünsiyyət və təqdimat bacarıqları;
  • Təşəbbüskarlıq və nəticəyönümlülük;
  • Komandada işləmək bacarığı

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily61
  • Weekly61
  • Monthly2098