PAŞA Sığorta ASC namizədləri Müştəri müraciətlərin təhlili və həlli üzrə aparıcı mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Müştərilərə göstərilən xidmət keyfiyyətinin artırılması və təkmilləşdirilməsi üçün daxil olan şikayət və narazılıqların proqram təminatı üzərindən araşdırılması və həll olunması
- Müraciətlərin məzmununa uyğun olaraq prioritetləşdirilməsi və operativ cavablandırılması
- Dövlət qurumlarından daxil olan müraciətlərin prosedura əsasən araşdırılması və cavablandırılması
- Bütün sənədlərin düzgün tərtibi və saxlanılması
- Müraciətlərin həlli ilə bağlı koordinasiyaya dəstək göstərilməsi və hesabatların hazırlanmasında iştirak
- Proseslərin təkmilləşdirilməsi məqsədilə yeniliklərin təklif və tətbiq edilməsi
- Birbaşa rəhbər tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi və yeni əməkdaşların təlimatlandırılması
Bilik və Bacarıqlar
- Səlis nitq və fikri aydın izah etmək bacarığı
- Ünsiyyət qurmaq və komandada işləmək bacarığı
- Analitik düşüncə və araşdırma aparmaq bacarığı
- Problemli situasiyaları həll etmək bacarığı
- Dil bilikləri: Azərbaycan, İngilis, Rus
Təhsil və Təcrübə
- Ali təhsil
- Müştəri müraciətlərinin idarə olunması və ya oxşar sahədə minimum 1 il iş təcrübəsi
- Müştəri müraciətlərinin həll edilməsi ilə bağlı sertifikatlar arzuolunandır
Bizim Təklifimiz
- Peşəkar və dəstəkləyici komandada əməkdaşlıq imkanı
- Fərdi və peşəkar inkişaf üçün geniş imkanlar
- Şirkət daxilində şəffaflıq və açıq ünsiyyət mühiti
- “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.