Müştəri Müraciətlərinin Təhlili və Həlli şöbəsinin rəhbəri

  • Deadline 17 May 2026

PAŞA Sığorta ASC namizədləri Müştəri Müraciətlərinin Təhlili və Həlli şöbəsinin rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Müştəri Müraciətlərinin Təhlili və Həlli şöbəsinin rəhbəri olaraq, şirkətə daxil olan müştəri müraciətlərinin effektiv və vaxtında idarə olunmasına, müştəri məmnuniyyətinin yüksəldilməsinə, şikayətlərin kök səbəblərinin təhlilinə və proseslərin davamlı təkmilləşdirilməsinə rəhbərlik edəcək, həmçinin şöbə əməkdaşlarının inkişafı və performansının idarə olunmasına məsul olacaqsınız.

Öhdəliklər

  • Şikayətlərin araşdırılması və vaxtında həllinin təmin edilməsi, kompleks və həssas halların şəxsən idarə olunması
  • Şikayətlərin kök səbəbinin analizi və təkrarlanmaması üçün tədbirlər planının hazırlanması
  • Aylıq və rüblük şikayət hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • Müştəri məmnuniyyəti göstəricilərinin (NPS, CSAT) izlənməsi və yaxşılaşdırılması üçün tədbirlərin görülməsi
  • Müştəri yönümlü strategiyanın hazırlanması və tətbiqi
  • Şöbə əməkdaşlarının işinin təşkili və performansına nəzarət, təlim və inkişaf planlarının hazırlanması
  • KPI-ların müəyyən edilməsi və izlənilməsi
  • Digər struktur şöbələrlə sıx əməkdaşlıq və müştəri problemlərinin sistemli həlli üçün daxili prosedurların hazırlanması
  • Müntəzəm hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • Şikayətlərin idarə olunması üçün avtomatlaşdırma və digital həllərin tətbiqi
  • Şirkətin reputasiyasının qorunması
  • Birbaşa rəhbərlik tərəfindən təyin olunmuş digər tapşırıqların icrası

Bilik və Bacarıqlar

  • Sığorta qanunvericiliyi, sığorta məhsulları və xidmətləri üzrə geniş bilik
  • Şikayətlərin idarə olunması və mübahisələrin həlli metodologiyaları
  • Analitik və strateji düşüncə, qərarvermə bacarıqları
  • Problemin kök səbəb analizini aparmaq (root cause analysis)
  • Komanda idarəetməsi və liderlik
  • Dəyişikliklərin idarə olunması
  • Yüksək səviyyədə yazılı və şifahi kommunikasiya
  • Çətin müştərilərlə effektiv ünsiyyət və empati qurmaq
  • Aktiv dinləmə və problemi həll etmə bacarığı
  • CRM sistemləri ilə işləmək bacarığı
  • MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı
  • Dil bilikləri: Azərbaycan, İngilis, Rus

Təhsil və Təcrübə

  • Ali təhsil (magistr dərəcəsi üstünlükdür)
  • Müştəri müraciətlərinin idarə olunması, sığorta və ya müvafiq sahədə ən azı 5 il iş təcrübəsi
  • Müvafiq sahə üzrə və keyfiyyət sertifikatları

Bizim Təklifimiz

  • Peşəkar və dəstəkləyici komandada çalışma imkanı
  • Fərdi və peşəkar inkişaf üçün geniş imkanlar
  • Şirkət daxilində şəffaflıq və əməkdaşlıq mühiti
  • Yenilikçi və dinamik iş mühiti
  • “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily117
  • Weekly597
  • Monthly1690