Product Marketing Expert (Tibbi üzrə Agile komandası)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Product Marketing Expert (Tibbi üzrə Agile komandası)

  • Deadline 23 İyun 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“PAŞA Sığorta” ASC namizədləri “Product Marketing Expert”(Tibbi üzrə Agile komandası) vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Ümumi məlumat:

  • Marketinq eksperti tibbi məhsulların hazırlanması, bazara çıxarılması və satışının təşviqi prosesində aktiv rol oynayacaq. O, həm məhsul komandası, həm də digər maraqlı tərəflər ilə sıx əməkdaşlıq edərək məhsulun düzgün mövqeləndirilməsi və hədəf auditoriyaya çatdırılması üçün çevik metodologiyaya uyğun strategiyalar hazırlayacaq.

Job description:

  • Agile komanda ilə çalışmaq və məsələlərə çevik reaksiya vermək.
  • Məhsulun bazar mövqeyinin təhlili və hədəf auditoriyanın müəyyən edilməsi.
  • Biznes və məhsul hədəflərinə əsaslanaraq yeni məhsul xüsusiyyətləri və təklifləri üçün bazar strategiyalarının işlənib hazırlanması və həyata keçirilməsi
  • Marketinq kommunikasiyaları üçün kreativ briflərin hazırlanması və kommunikasiya fəaliyyətlərinin plana uyğun icrasına nəzarət
  • Məhsulun təqdimatı və tanıtımı üçün müştərinin ehtiyaclarına uyğun landing pagelər, təqdimatlar və daxili istifadə üçün alətlərin hazırlanması
  • Rəqəmsal marketinq alətləri vasitəsi ilə hədəf auditoriyaya çatmaq.(SEO, sosial media, e-mail)
  • İstifadəçi rəyləri və rəqəmsal analitik məlumatlar əsasında kampaniyaların hazırlanması.
  • Məhsulun dəyər təklifinin formalaşdırılması və kommunikasiya planının hazırlanması.
  • Məhsulun inkişaf prosesi zamanı istifadəçi ehtiyyaclarının və bazar tələblərinin təhlili.
  • Marketing fəaliyyətləri üzrə hesabatların hazırlanması və nəticələrin komanda ilə bölüşülməsi.

Tələblər:

  • Marketing, biznes, iqtisadiyyat və ya əlaqəli sahədə ali təhsil
  • Marketinq sahəsində minimum 2 il təcrübə
  • Yaradıcı düşüncə və təşəbbüskarlıq
  • Yaxşı kommunikasiya, analiz və komanda ilə işləmə bacarığı
  • Sığorta sahəsində təcrübə üstünlükdür
  • Excel bilikləri orta
  • İngilis dili orta
  • Rus dili arzuolunandır

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

  • Daily0
  • Weekly569
  • Monthly0