Qəza komissarı-Mütəxəssis

  • Истекает 17 январь 2026

Vəzifə öhdəlikləri:

  • İlkin sənədlərin hazırlanması və ümumi işin təkmilləşdirilməsi;
  • Bakı şəhəri üzrə qəza komissarı qeydiyyata aldığı hadisəni - 1 iş günü,Region üzrə qəza komissarı qeydiyyata aldığı hadisəni - 2 iş günü ərzində digər şöbəyə yönləndirir.
  • Müştərinin müraciəti əsasında İMS Protech elektron bazasında hadisə üzrə məlumatın daxil edilməsi;
  • Səlahiyyətli dövlət orqanlarına və digər qurumlara baş vermiş hadisə üzrə sənədlərin toplanılması üçün sorğu yollamaq;
  • Dələduzluqların araşdırılması zamanı - tərəflərin yazılı və ya video görüntülü izahatların alınması, bu barədə məlumatı ən qısa zamanda Dələduzluqların aşkarlanması şöbəsinə məlumatları yönləndirmək.
  • Baş vermiş hadisə yerinə çıxışın həyata keçirilməsi, müvafiq aktların tərtib edilməsi, hadisə yerinin, iştirakçıların sənədlərinin, sığorta predmetinin və hadisə yerinin foto və ya video çəkilişlərinin aparılması; 
  • Lazım gəldikdə hadisə yerindən avtonəqliyyat vasitələrinin evakuasiyasının təmin edilməsi; Hadisə yerinə səlahiyyətli dövlət orqanlarının və digər qurumların əməkdaşlarının gəlməsinin təşkil edilməsi;
  • Öhdəliklərinin icrası zamanı aşkarlanmış lazımı məlumatların, hadisəyə dair əldə olunmuş foto və video çəkilişlərin, sənədlərin İMS Protech elektron bazasında və ya File Server-də yerləşdirmək;
  • Nəqliyyat vasitələrinin sığorta hadisələrində sürücünün alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması şübhəsi olduğu təqdirdə hadisə iştirakçılarını səlahiyyətli orqanının nümayəndələri ilə birlikdə tibb məntəqəsinə qədər müşayiət edilməsi;

Namizədə tələblər:

  • Ali təhsil: İqtisadiyyat və sığorta sahəsində təhsilə üstünlük verilir;
  • Müvafiq vəzifədə 2-3 il təcrübə: (sığorta sahəsində iş təcrübəsinə üstünlük verilir);
  • Azərbaycan dilini sərbəst bilmək (Rus və İngilis dili biliyi üstünlükdür);
  • Microsoft Office bilikləri.

Biliklər:

  • Yol Hərəkəti Qaydaları;
  • Avtomobil mexanizmi haqqında texniki bilik;
  • Müştərilərlə iş üsulları.

Bacarıqlar:

  • Ünsiyyətçilik;
  • Problemlərin həlli;
  • Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı;
  • Komanda ilə işləmək bacarığı;
  • Məsuliyyətlilik;
  • Stressə davamlılıq.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily55
  • Weekly366
  • Monthly1545