Qiymətqoyma və portfel analizi üzrə kiçik mütəxəssis

  • Истекает 30 ноябрь 2025

“PAŞA Sığorta” ASC namizədləri Qiymətqoyma və portfel analizi üzrə kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

  • Qiymətqoyma modellərinin hazırlanmasında və yenilənməsində iştirak etmək.
  • Portfelin gəlirlilik və risk göstəricilərinin monitorinqi və təhlili.
  • Daxili və xarici bazar məlumatlarının toplanması, emalı və hesabatların hazırlanması.
  • Portfel strukturunun optimallaşdırılması ilə bağlı hesabatların hazırlanması.
  • Daxili siyasət və prosedurlara uyğun fəaliyyətin təmin edilməsi.
  • Rəhbərliyə mütəmadi olaraq analitik təqdimatlar və hesabatlar təqdim etmək.
  • Şöbə daxilində proseslərin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi.
  • Trendlər, oxşarlıqlar və uyğunluqların müəyyən olunması üçün böyük məlumat toplusunun işlənilməsi;

Biliklər:

  • İqtisadiyyat, Maliyyə, Riyaziyyat, Statistika, Ekonometriya üzrə bakalavr və magistr pilləsinin məzunları.
  • Kompüter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı.
  • Dil bilikləri: Azərbaycan dili yüksək səviyyədə, Rus və İngilis dilləri arzuolunandır.
  • Aktuar üzrə sertfikatlar arzuolunandır.
  • Aktuar sahəsi üzrə 1 il təcrübə arzuolunandır.

Bacarıqlar:

  • Təşəbbüskarlıq.
  • Ünsiyyət qurmaq bacarığı.
  • Çalışqan olmaq.
  • Öhdəliklərinə məsuliyyətli olmaq.
  • Dəqiqlik.
  • Fikirlərini aydın izah edə bilmək.
  • Komandada işləmək bacarığı.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily30
  • Weekly446
  • Monthly2511