“PAŞA Sığorta” ASC namizədləri Qiymətqoyma və portfel analizi üzrə kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
- Qiymətqoyma modellərinin hazırlanmasında və yenilənməsində iştirak etmək.
- Portfelin gəlirlilik və risk göstəricilərinin monitorinqi və təhlili.
- Daxili və xarici bazar məlumatlarının toplanması, emalı və hesabatların hazırlanması.
- Portfel strukturunun optimallaşdırılması ilə bağlı hesabatların hazırlanması.
- Daxili siyasət və prosedurlara uyğun fəaliyyətin təmin edilməsi.
- Rəhbərliyə mütəmadi olaraq analitik təqdimatlar və hesabatlar təqdim etmək.
- Şöbə daxilində proseslərin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi.
- Trendlər, oxşarlıqlar və uyğunluqların müəyyən olunması üçün böyük məlumat toplusunun işlənilməsi;
Biliklər:
- İqtisadiyyat, Maliyyə, Riyaziyyat, Statistika, Ekonometriya üzrə bakalavr və magistr pilləsinin məzunları.
- Kompüter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı.
- Dil bilikləri: Azərbaycan dili yüksək səviyyədə, Rus və İngilis dilləri arzuolunandır.
- Aktuar üzrə sertfikatlar arzuolunandır.
- Aktuar sahəsi üzrə 1 il təcrübə arzuolunandır.
Bacarıqlar:
- Təşəbbüskarlıq.
- Ünsiyyət qurmaq bacarığı.
- Çalışqan olmaq.
- Öhdəliklərinə məsuliyyətli olmaq.
- Dəqiqlik.
- Fikirlərini aydın izah edə bilmək.
- Komandada işləmək bacarığı.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
