Risklərin monitorinqi və araşdırılması üzrə baş mütəxəssis

Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Risklərin monitorinqi və araşdırılması üzrə baş mütəxəssis

  • Deadline 25 İyul 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Risklərin monitorinqi və araşdırılması üzrə baş mütəxəssisi kimi siz şirkətin dələduzluq fəaliyyətlərindən qorunmasında və daxili nəzarət tədbirlərinin həyata keçirilməsində mühüm rol oynayacaqsınız. Siz dələduzluqla bağlı risklərin qiymətləndirilməsi, monitorinqi və azaldılmasına cavabdeh olmaqla yanaşı, eyni zamanda əməliyyat səmərəliliyini və uyğunluğunu optimallaşdırmaq üçün daxili nəzarət tədbirlərini gücləndirəcəksiniz.

Vəzifə və öhdəliklər:

  • Şirkət üzrə mövcud olan, potensial risklərin araşdırılması və vaxtında müəyyən edilməsi;
  • Risk insidentləri üzrə səbəb təhlillərinin aparılması və uyğun nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi;
  • Şirkətə aid bütün növ risklərin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanması, dəstəklənməsi və onların yerinə yetirilməsinə nəzarət;
  • Proseslərdə, layihələrdə, nəzarət mexanizmlərində və onların icrasında mövcud boşluq və pozuntuları aşkar etmək;
  • Proseslərə nəzarət mexanizimlərinin qurulması, monitorinq zamanı aşkar edilmiş nöqsan və pozuntuların aradan qaldırılması üzrə tövsiyələr vermək və onların yerinə yetirilməsinə nəzarət etmək;
  • İş prosesində keyfiyyətin idarə edilməsi üzrə işlərin və uyğunsuzluqların uçotunun aparılması və hesabatların tərtib olunması;
  • Rəhbərlik tərəfindən tələb olunan hesabatların hazırlanmasında mütəmadi dəstək olması;
  • Dələduzluq halları üzrə araşdırma / Daxili nəzarət yoxlaması üzrə nəticələrə dair hesabatların hazırlanması, rəhbərliyə və maraqlı tərəflərə təqdim edilməsi;
  • Dələduzluq riski üzrə daxil olmuş insidentlərə dair məlumatların toplanması, araşdırılması;
  • Dələduzluq hallarının aşkarlanması və qarşısının alınması məqsədilə strategiyaların hazırlanması;
  • Şirkətin maliyyə riskini və nüfuz riskini azaltmaq üçün dələduzluqun qarşısının alınmasına nəzaraət mexanizimlərinin hazırlanması və həyata keçirilməsinə nəzarət.

Biliklər:

  • Ali magistr təhsili (Maliyyə, audit, iqtisadiyyat, risklərin idarə edilməsi üzrə)
  • Hərbi xidməti bitirən və ya möhlət hüququ olan (oğlanlar üçün);
  • Audit və Risk sahələri üzrə ən azı 2 illik təcrübə;
  • Azərbaycan dilində səlis danışıq və korporativ yazı qabiliyyəti;
  • Yüksək yazılı və şifahi ünsiyyət bacarığı
  • Hesabatların hazırlanmasına dair təcrübənin olması
  • İngilis və Rus dili biliyi üstünlükləri;
  • Peşəkar sertifikata (CFE, CİA, ACCA) üstünlük verilir.
  • Müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik olmaq;
  • Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
  • Daxili nəzarət prinsipləri, risklərin idarə edilməsi metodologiyaları haqqında güclü anlayış.

Bacarıqlar:

  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
  • Mürəkkəb məlumatları şərh etmək və dələduzluq fəaliyyətlərini göstərən nümunələri müəyyən etmək bacarığı, güclü analitik bacarıq;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Eyni anda birdən çox layihəni idarə etmək bacarığı.

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.

  • Günlük144
  • Həftəlik591
  • Aylıq2310