Risklərin monitorinqi və araşdırılması üzrə baş mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Risklərin monitorinqi və araşdırılması üzrə baş mütəxəssis

  • Deadline 5 Dekabr 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə və öhdəliklər:

  • Şirkət üzrə mövcud olan, potensial risklərin araşdırılması və vaxtında müəyyən edilməsi;
  • Risk insidentləri üzrə səbəb təhlillərinin aparılması və uyğun nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi;
  • Şirkətə aid bütün növ risklərin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanması, dəstəklənməsi və onların yerinə yetirilməsinə nəzarət;
  • Proseslərdə, layihələrdə, nəzarət mexanizmlərində və onların icrasında mövcud boşluq və pozuntuları aşkar etmək;
  • Proseslərə nəzarət mexanizimlərinin qurulması, monitorinq zamanı aşkar edilmiş nöqsan və pozuntuların aradan qaldırılması üzrə tövsiyələr vermək və onların yerinə yetirilməsinə nəzarət etmək;
  • İş prosesində keyfiyyətin idarə edilməsi üzrə işlərin və uyğunsuzluqların uçotunun aparılması və hesabatların tərtib olunması;
  • Rəhbərlik tərəfindən tələb olunan hesabatların hazırlanmasında mütəmadi dəstək olması; 
  • Dələduzluq halları üzrə araşdırma / Daxili nəzarət yoxlaması üzrə nəticələrə dair hesabatların hazırlanması, rəhbərliyə və maraqlı tərəflərə təqdim edilməsi;
  • Dələduzluq riski üzrə daxil olmuş insidentlərə dair məlumatların toplanması, araşdırılması;
  • Dələduzluq hallarının aşkarlanması və qarşısının alınması məqsədilə strategiyaların hazırlanması;
  • Şirkətin maliyyə riskini və nüfuz riskini azaltmaq üçün dələduzluqun qarşısının alınmasına nəzaraət mexanizimlərinin hazırlanması və həyata keçirilməsinə nəzarət.

Biliklər:

  • Ali magistr təhsili (Maliyyə, audit, iqtisadiyyat, risklərin idarə edilməsi üzrə)
  • Hərbi xidməti bitirən və ya möhlət hüququ olan (oğlanlar üçün);
  • Audit və Risk sahələri üzrə ən azı 2 illik təcrübə;
  • Azərbaycan dilində səlis danışıq və korporativ yazı qabiliyyəti;
  • Yüksək yazılı və şifahi ünsiyyət bacarığı
  • Hesabatların hazırlanmasına dair təcrübənin olması
  • İngilis və Rus dili biliyi üstünlükləri;
  • Peşəkar sertifikata (CFE, CİA, ACCA) üstünlük verilir.
  • Müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik olmaq;
  • Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
  • Daxili nəzarət prinsipləri, risklərin idarə edilməsi metodologiyaları haqqında güclü anlayış.

Bacarıqlar: 

  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
  • Mürəkkəb məlumatları şərh etmək və dələduzluq fəaliyyətlərini göstərən nümunələri müəyyən etmək bacarığı, güclü analitik bacarıq;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti; 
  • Eyni anda birdən çox layihəni idarə etmək bacarığı.

Son müraciət tarixi: 04.12.2024

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi elektron poçt ünvanına göndərin.

  • Daily26
  • Weekly261
  • Monthly1938