“PAŞA Sığorta” ASC “Satış üzrə assistent (Lənkəran)” vakansiyası elan edir.
Vəzifə və öhdəliklər
- Mövcud olan fərdi müştəri bazasının böyüdülməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işlənilməsi
- Şirkətə müraciət edən müştərilərə yüksək keyfiyyətli xidmət göstərilməsi
- Sorğu vərəqələrinin müştərilər tərəfindən doldurulmasına nəzarət edilməsi, müvafiq tarif göstəricilərini və sığorta şərtlərini almaq üçün sifarişçi haqqında tələb olunan və əlavə informasiyanın Anderraytinq Şöbəsinə vaxtı-vaxtında təqdim edilməsi
- Vaxtı bitməkdə olan sığorta şəhadətnamələri üzrə müştərilərə zənglər edilməsi və şəhadətnamələrin yenilənməsinin təmin edilməsi
Biliklər
- Ali təhsil - Biznes və ya Marketinq sahəsində təhsilə üstünlük verilir
- Dil bilikləri: Azərbaycan dilini sərbəst bilmək
Təcrübə
- Müvafiq iş təcrübəsinin olmasına üstünlük verilir
Bacarıqlar
- Ünsiyyət qurmaq bacarığı
- Dəqiqlik
- Öz fikirlərini sərbəst ifadə etmək bacarığı
- Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı
- Komanda ilə işləmək bacarığı
- Təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.