Vəzifə öhdəlikləri:
- Şirkətin aylıq və illik satış hədəflərinə uyğun fəaliyyət göstərmək.
- Gündəlik, həftəlik və aylıq satış fəaliyyətləri və nəticələrini hesabatlandırmaq.
- Satış imkanlarını analiz etmək və yeni bazarlar üzrə təkliflər hazırlamaq.
- Müştəri məmnuniyyətini təmin etmək və uzunmüddətli əməkdaşlıq qurmaq.
- Müştərilərdən geribildirim toplayaraq məhsul və xidmətlərin inkişafına töhfə vermək.
- Müştəri ehtiyaclarını müəyyənləşdirərək məhsul və xidmətlər təklif etmək.
- Satış görüşləri və təqdimatlar həyata keçirmək.
- Yeni müştərilərin axtarışı və potensialların satışa çevrilməsi.
- Rəqiblərin fəaliyyəti və bazar tendensiyalarını izləmək.
- Qiymət, kampaniya və satış metodologiyalarını təkmilləşdirmək üçün təkliflər vermək.
Bilik və Bacarıqlar:
- Ali təhsil: İqtisadiyyat, Biznes idarəedilməsi, Marketinq və ya əlaqəli sahələr üzrə
- Yüksək satış və təqdimat bacarığı.
- Effektiv ünsiyyət və inandırma qabiliyyəti.
- Problem həll etmə və qərarvermə bacarığı.
- Komanda ilə işləmək bacarığı və motivasiya.
- Müvafiq sahədə 2-5 il arası satış təcrübəsi.
- B2B və/ya B2C satış sahəsində təcrübə üstünlükdür.
- Dil bilikləri: Azərbaycan dili səlis, Rus və İngilis dili üzrə biliklər arzuolunandır.
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan link ünvanına göndərin.