Satış üzrə təcrübəçi (Ağsu Nümayəndəliyi)

  • Истекает 16 май 2026

PAŞA Sığorta ASC namizədləri Satış üzrə təcrübəçi (Ağsu Nümayəndəliyi) vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Bu vəzifə şirkətin Ağsu nümayəndəliyində satış proseslərinin dəstəklənməsi, mövcud sığorta bazasının genişləndirilməsi və müştəri xidmətlərinin keyfiyyətinin artırılmasına yönəlmişdir. Satış üzrə təcrübəçi komanda ilə sıx əməkdaşlıq edərək, məhsulların tanıdılması və satışı, partnyorlarla effektiv ünsiyyətin qurulması və rəhbərliyin tapşırıqlarının icrası sahəsində mühüm rol oynayacaqdır.

Öhdəliklər

  • Mövcud sığorta bazasının artırılması və yeni müştərilərin cəlb edilməsi
  • Müştərilərə yüksək səviyyədə xidmət göstərilməsi
  • Partnyorlarla danışıqların aparılması və effektiv əməkdaşlığın qurulması
  • Datalar əsasında hesabatların hazırlanması
  • Birbaşa tabe olduğu rəhbərin tapşırıqlarının icrası

Bilik və Bacarıqlar

  • Satış üzrə bilik və bacarıqlar
  • Komanda ilə işləmə bacarığı
  • Stressə davamlılıq
  • Sığorta qanunvericiliyi üzrə biliklər
  • Ünsiyyət qurma və öz fikirlərini aydın ifadə etmək bacarığı
  • Dəqiqlik və yaranan şəraitdə tez reaksiya göstərmək
  • Təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı
  • Dil bilikləri: Azərbaycan

Təhsil və Təcrübə

  • Ali təhsil
  • Satış və ya müvafiq sahədə təcrübə arzuolunandır

Bizim Təklifimiz

  • Peşəkar və dinamik komandada çalışma imkanı
  • Fərdi və peşəkar inkişaf üçün dəstək və təlimlər
  • Şirkətin inkişafında real töhfə vermək imkanı
  • Şəffaf və açıq korporativ mədəniyyət
  • “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily117
  • Weekly597
  • Monthly1690