“PAŞA Sığorta” ASC namizədləri Scrum/Agile Ofisinin Rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə Öhdəlikləri
Agile Yanaşmanın İdarə Edilməsi və İnkişafı
- Şirkət üzrə agile yanaşmanın tətbiqinə və davamlı inkişafına rəhbərlik etmək
- Agile iş üsullarının gündəlik əməliyyatlara inteqrasiyasını təmin etmək
- Agile yanaşmanın təşkilati ehtiyaclara uyğun şəkildə adaptasiyasını və yetkinləşdirilməsini təmin etmək
Komandaların İşinin Təşkili və Koordinasiyası
- Agile komandalar (squadlar) arasında proseslərin sinxronizasiyasını təmin etmək
- Komandalararası asılılıqları, riskləri və darboğazları vaxtında müəyyən etmək və aradan qaldırılmasına dəstək olmaq
- Cross-functional əməkdaşlığın gücləndirilməsini təmin etmək
Çatdırılma və İcra İntizamı
- Komandalarda stabil iş axını və proqnozlaşdırılan çatdırılmanı təmin etmək
- Cycle time, throughput və keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsləri idarə etmək
- İcra zamanı yaranan problemlərin sistemli şəkildə həllini təşkil etmək
Performansın Ölçülməsi və Hesabatlılıq
- Agile komandaların fəaliyyətinin əsas göstəricilər üzrə izlənilməsini və təhlilini təmin etmək
- İcra vəziyyəti, risklər və əsas problemlər barədə rəhbərliyə mütəmadi məlumat təqdim etmək
- Qərarverməni dəstəkləyən data-driven yanaşmanı təşviq etmək
Təlim, Dəstək və Davamlı Təkmilləşmə
- Agile prinsiplər və praktikalar üzrə komandaların inkişafına dəstək olmaq
- Komandalarda özünüidarəetmə, məsuliyyət və komanda ruhunun gücləndirilməsini təmin etmək
- Davamlı təkmilləşmə və öyrənmə mədəniyyətini təşviq etmək
Namizədə Tələblər
- Agile yanaşmaların tətbiqi və idarə olunması sahəsində praktiki təcrübə
- Komandalar və proseslərlə işləmək üzrə rəhbərlik bacarıqları
- Güclü ünsiyyət, koordinasiya və problemlərin həlli bacarığı
- Data ilə işləmək və qərarları əsaslandırmaq qabiliyyəti
- Dəyişən mühitdə işləmək və adaptasiya bacarığı
Biz Nə Təklif Edirik
- Şirkət üzrə agile yanaşmanın formalaşmasında və inkişafında əsas rol
- Rəhbərliklə sıx əməkdaşlıq və təsir imkanları
- Peşəkar inkişaf və liderlik bacarıqlarının genişləndirilməsi
- Davamlı öyrənmə və inkişaf mühiti
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.