“PAŞA Sığorta” ASC namizədləri Sistem administratoru vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə öhdəlikləri
- Server və şəbəkə infrastrukturunun fasiləsiz və stabil işləməsinin təmin edilməsi;
- Windows və Linux serverlərin quraşdırılması, konfiqurasiyası və administrasiyası;
- Active Directory mühitinin idarə edilməsi (user, group, policy və s.);
- Virtual maşınların yaradılması, resursların optimallaşdırılması və monitorinqi;
- Backup və bərpa prosedurlarının icrası və mütəmadi test edilməsi;
- Təhlükəsizlik siyasətlərinin tətbiqi və patch management prosesinin icrası;
- Şəbəkə və firewall qaydalarının idarə olunması;
- Sistem problemlərinin analiz edilməsi və operativ aradan qaldırılması;
- Sistem performansının monitorinqi və optimallaşdırılması;
- Yeni sistemlərin qurulması və mövcud sistemlərin təkmilləşdirilməsi layihələrində iştirak;
- Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması;
- İT aktivlərinin inventarizasiyası və sənədləşməsinin aparılması;
- DR (Disaster Recovery) və Business Continuity planlarının icrasında iştirak.
Bacarıqlar / Biliklər
- Windows Server (2016/2019/2022) və Linux (Ubuntu, CentOS, Rocky və s.) əməliyyat sistemləri üzrə inzibatçılıq səviyyəsində nəzəri və praktiki biliklər;
- Active Directory (AD DS) – User/Group management, GPO, OU strukturu, DNS, DHCP üzrə təcrübə;
- File Server, Print Server və Share permission modelləri üzrə praktiki biliklər;
- Virtualizasiya texnologiyaları – vmWare (ESXi, vCenter), VM provisioning və resurs idarəetməsi;
- Backup həlləri ilə iş təcrübəsi – Veeam və ya oxşar sistemlər (backup policy, restore, DR ssenariləri);
- Şəbəkə əsasları – TCP/IP, VLAN, Subnetting, NAT, Firewall əsasları;
- Firewall və təhlükəsizlik sistemləri – Fortigate, Sophos, Palo Alto və ya oxşar həllərlə iş təcrübəsi;
- Antivirus və Endpoint Security sistemləri ilə iş təcrübəsi;
- Mail sistemləri – Microsoft Exchange (on-prem və ya Online) üzrə biliklər;
- Monitoring alətləri – Zabbix, PRTG, Nagios və ya oxşar sistemlərlə iş təcrübəsi;
- Loglama və audit mexanizmləri üzrə anlayış;
- PowerShell və ya Bash scripting üzrə əsas biliklər;
- Storage sistemləri (SAN/NAS) üzrə bilik və LUN idarəetməsi təcrübəsi;
- İT təhlükəsizlik prinsipləri – access control, patch management, vulnerability management anlayışı;
- ITIL əsasları – Incident, Problem, Change management prosesləri üzrə anlayış;
- Microsoft 365 (Teams, SharePoint, OneDrive) inzibatçılığı üzrə təcrübə;
Təhsil və ixtisas - Ali, kompüter elmləri
Sertifikatlar - Sertifikatlar arzuolunandır (MCSA, MCSE, VCP və s.).
Bilik və bacarıqlar
- Scripting üzrə bacarıqlar
- Şəbəkə texnologiyalarının prinsiplərini bilmək
- Distributed File System (DFS) üzrə bacarıqlar
- Şəbəkə avadanlıqlarının sazlanması üzrə təcrübə
- Vmware Vsphere, MS Hyper-v) texnologiyaları
- Windows Server və Linux mühitlərinin qurulması, konfiqurasiyası və idarə olunması
- Yüksək əlçatanlıq (HA) və failover mexanizmlərinin tətbiqi
- Backup və restore strategiyalarının qurulması və test edilməsi
- Active Directory, Group Policy, DNS, DHCP və fayl serverlərinin administrasiyası
Dil bilikləri - Azərbaycan, İngilis və Rus dilləri.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.