Vəzifə öhdəlikləri
- Təşkilatın Security Operations Center (SOC) fəaliyyətinə tam rəhbərlik etmək, şöbənin strategiyasını müəyyənləşdirmək və inkişaf istiqamətlərini müəyyən etmək.
- SOC-un əsas funksiyalarının (Monitoring, Incident Response, Threat Hunting, Threat Intelligence, DFIR) effektiv icrasını təmin etmək.
- SOC-in alət və platformalarının (SIEM, SOAR, XDR, WAF, EDR, DLP, TI platformaları) strateji idarə edilməsi, optimallaşdırılması və modernizasiyası üzrə qərarlar vermək.
- Təşkilat üzrə bütün təhlükəsizlik insidentlərinin eskalasiya nöqtəsi kimi fəaliyyət göstərmək, kritik insidentlərə rəhbərlik etmək və cavab prosesini koordinasiya etmək.
- SOC proseslərinin dizaynı, təkmilləşdirilməsi, avtomatlaşdırılması və beynəlxalq standartlara uyğunluğunu təmin etmək.
- Şirkətin təhlükəsizlik risklərinin azaldılması məqsədilə digər IT, Risk və Audit bölmələri ilə strateji əməkdaşlıq etmək.
- SOC komandasının idarə edilməsi: L1, L2, L3 analitiklər, mühəndislər və IR mütəxəssislərinin fəaliyyətinə rəhbərlik etmək, KPI-ləri müəyyənləşdirmək və performansı qiymətləndirmək.
- Təhlükəsizlik insidentləri üzrə hesabatların, post-incident review sənədlərinin və rəhbərliyə təqdimatların hazırlanması.
- Şirkətin kiberdayanıqlığının artırılması üçün tabletop exercise, təlimlər, simulyasiyalar təşkil etmək.
- SOC üçün illik büdcənin planlanması, vendorlarla danışıqların aparılması və alətlərin seçilməsinə rəhbərlik etmək.
Təhsil və ixtisas
- Ali təhsil
Sertifikatlar
- CISSP, CISM, CCSP, CEH, GCIA, GCED, GCIH, GMON, GCFA, CHFI və s.
Bilik və bacarıqlar
- İnformasiya Təhlükəsizliyi, İnformasiya Texnologiyaları və ya əlaqədar sahə üzrə ali təhsil.
- SOC və kiber təhlükəsizlik istiqamətində min. 3–5 il iş təcrübəsi, o cümlədən idarəetmə təcrübəsi (Team Lead, Manager və ya Şöbə Müdiri səviyyəsində).
- SIEM, SOAR, XDR, EDR, WAF, DLP, Threat Intel platformaları və digər SOC ekosistemlərini yüksək səviyyədə bilmək.
- Windows və Linux əməliyyat sistemləri üzrə güclü texniki baza.
- Şəbəkə təhlükəsizliyi, protokollar, hücum vektorları, zəifliklər və müdafiə mexanizmləri üzrə dərin anlayış.
- IR, Threat Hunting, DFIR prosesləri üzrə güclü texniki və metodoloji bilik.
- ISO 27001, NIST CSF, CIS Controls, MITRE ATT&CK kimi beynəlxalq çərçivələrlə işləmək təcrübəsi.
- Digər şöbələri strateji olaraq yönləndirə biləcək qərar vermə bacarığı, risk prioritetləşdirmə və planlaşdırma qabiliyyəti.
- Kiber təhlükəsizlik üzrə beynəlxalq sertifikatlardan hər hansı biri üstünlükdür:
CISSP, CISM, CCSP, CEH, GCIA, GCED, GCIH, GMON, GCFA, CHFI və s. - Analitik düşünmə, liderlik, komanda idarəetməsi və şəffaf hesabatlılıq bacarıqları.
- Azərbaycan dilini əla, ingilis dilini yaxşı səviyyədə bilmək; rus dili arzuolunandır.
Dil bilikləri
- Azerbaijani, English
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.