VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR
- Sığorta olunan şəxslərin hospitalizasiyasının təşkilinə və onların tibb müəssisəsində olduğu müddətdə müalicə prosesinə nəzarət;
- Sığorta olunanların maraqlarının müdafiəsi məqsədilə tibb müəssisələrinin sığorta
şöbələrinin nümayəndələri və müalicə həkimləri ilə bilavasitə əlaqənin yaradılması; - Gün ərzində Tibbi çağrı mərkəzinə daxil olan zənglərin monitorinqini, cavabsız zənglərin tənzimlənməsi zənglərin sayı və müddəti barədə həftəlik hesabatların hazırlanması və birbaşa rəhbərə ötürülməsi;
- Tibbi sığorta hadisələri ilə bağlı məlumatların Tibbi çağrı mərkəzinə tərəfindən Protech məlumat bazasına vaxtında və düzgün daxil edilməsini təmin edilməsi;
- Çağrı mərkəzinin fəaliyyəti ilə əlaqəli gündəlik, həftəlik və aylıq hesabatların tərtib edilməsi;
- Tapşırıqların əməkdaşlar arasında bölüşdürülməsi və onların icrasına nəzarət;
- Zənglərin təhlil prosesinin və personalın öz vəzifələrinin icrasının
səmərəliliyinin monitorinqi.
BİLİKLƏR
- Ali təhsil (tibb üzrə arzuolunandır);
- Komyuter bilikləri: Microsoft Office proqram təminatı paketi üzrə əsas biliklər;
- Dil bilikləri: Azərbaycan və rus dillərini sərbəst bilmək, ingilis dilində baza danışıq
bacarığı arzu olunandır.
TƏCRÜBƏ
- Tibbi sığorta sahəsində və ya müvafiq səhiyyə sahəsində ən azı 3 il iş təcrübəsi
arzuolunandır.
BACARIQLAR
- Ünsiyyət qurmaq bacarığı;
- Komandanı idarəetmə, liderlik xüsusiyyətləri;
- Qeyri standart vəziyyətə cəld reaksiya vermək.
- Dürüstlük;
- Şəffaflıq;
- Komandada işləmək bacarığı;
- Vaxtın səmərəli idarə edilməsi bacarığı;
- Təşəbbüskarlıq;
- Emosional stabillik və məsuliyyətli olmaq.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.