Tibbi ekspert

  • Deadline 14 Noyabr 2025

“PAŞA Sığorta” ASC namizədləri Tibbi və Səyahət Sığortası Departamentində Tibbi ekspert vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və öhdəliklər

  • Sığorta olunan şəxslərin maraqlarının müdafiəsi məqsədilə tibb müəssisələrinin sığorta şöbələrinin nümayəndələri və müalicə həkimləri ilə bilavasitə əlaqənin yaradılması, tibb müəssisələrinin heyətinə tibbi sığorta prinsiplərinin izahı; sığorta şirkətinin nüfuzunun qorunması;
  • Tibbi sığorta üzrə sığorta hadisələrinin tənzimlənməsi. Sığorta olunan şəxslərin müraciəti ilə bağlı tibb müəssisələrindən daxil olan sənədlərin təhlili, sığorta hadisələrinin tibbi-maliyyə ekspertizanın həyata keçirilməsi, tələb olunduqda ekpertizanın bilavasitə tibb müəssisəsində keçirilməsi;
  • Sığorta ödənişinin həyata keçirilməsi barədə qərar qəbul edildiyi halda Sığorta Aktının hazırlanması;
  • Assistans Mərkəzinin əməkdaşlarına klinikalar ilə iş xüsusiyyətlərinin izahı, cari məsələ və tapşırıqların həllində köməklik;
  • Sığorta olunanların şirkətin subkontraktor olmayan tibb müəssisələrinə müraciət etdiyi hallarda sığorta ödənişinin birbaşa sığorta olunana ödənilməsi tələb olunan hallarda ekspertizanin aparılması;
  • Tibbi müəssisələrin qiymət cədvəllərinin və xidmət şərtlərinin, xidmət səviyyəsinin, habelə həkim personalının və yazılan reseptlərin təhlili nəticəsində birbaşa rəhbərə rüblük hesabatların təqdim olunması; təhlil nəticəsində prioritet klinikalar və həkimlərin siyahısının tərtibində birbaşa rəhbərə dəstək;
  • Tibbi sığorta üzrə zərərlərin cari təhlilinin hazırlanmasında departament rəhbərliyinə kömək;
  • Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.

Biliklər

  • Ali təhsil (tibb sahəsində);
  • Komyuter bilikləri: Microsoft Office proqram təminatı paketi üzrə əsas biliklər;
  • Dil bilikləri: Azərbaycan dilini sərbəst bilmək, işgüzar rus və ingilis dilləri arzu olunandır;
  • Tibb sahəsində ən azı 3 il iş təcrübəsi arzuolunandır.

Bacarıqlar

  • Ünsiyyət qurmaq bacarığı;
  • Qeyri standart vəziyyətə cəld reaksiya vermək.
  • Dürüstlük;
  • Şəffaflıq;
  • Komandada işləmək bacarığı;
  • Vaxtın səmərəli idarə edilməsi bacarığı;
  • Təşəbbüskarlıq;
  • Emosional stabillik və məsuliyyətli olmaq.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Maraqlanan namizədlər 
Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily1
  • Weekly1
  • Monthly1587