PASHA Insurance PASHA Insurance
  • 110

Tibbi şəbəkənin idarə olunması üzrə mütəxəssis

Tibbi şəbəkənin idarə olunması üzrə mütəxəssis

  • Deadline 2 İyul 2026

PAŞA Sığorta ASC namizədləri Tibbi şəbəkənin idarə olunması üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Tibbi təminatçılarla effektiv əməkdaşlığın qurulması, tərəfdaş şəbəkəsinin inkişafı və saxlanılması, sığortalı şəxslər üçün xidmət keyfiyyətinin və mövcudluğunun təmin edilməsi, eləcə də sığorta əməliyyatları üzrə biznes proseslərinin optimallaşdırılması və müştəri yönümlü yol xəritəsinin hazırlanmasında iştirak edəcək peşəkar axtarırıq.

Öhdəliklər

  • Tibbi təminatçılar (klinika, aptek, diaqnostika mərkəzləri, optiklər və s.) ilə effektiv qarşılıqlı əlaqənin təmin edilməsi və tərəfdaş şəbəkəsinin inkişaf etdirilməsi
  • Sığortalı şəxslər üçün xidmətlərin keyfiyyətinə və mövcudluğuna nəzarət
  • Sığorta əməliyyatları üzrə biznes proseslərinin optimallaşdırılması və yeni yol xəritəsinin hazırlanmasında iştirak
  • Sığorta əməliyyatları ilə bağlı komanda üzvlərinə (Satış, Sığorta hadisələri, Anderraytinq, Sığorta əməliyyatlarına dəstək, Maliyyə) təkliflər vermək və proseslərin optimallaşdırılmasına dəstək göstərmək
  • Digər departament və funksiyalarla əməkdaşlığın inkişaf etdirilməsi
  • Təkmilləşdirilmiş iş proseslərinin analizi və dizaynı, yeni iş proseslərinin şirkət standartlarına uyğunluğunun təmin edilməsi
  • Biznes prioritetləri və tətbiqləri barədə İT komandası ilə əlaqə qurmaq və şirkətin İT infrastrukturunu başa düşmək

Bilik və Bacarıqlar

  • MS Office proqramlarında işləmək bacarığı
  • Sığorta qanunvericiliyi və Mülki Məcəllənin 50-ci fəsli üzrə biliklər
  • Biznes analitika və proses optimallaşdırılması sahəsində biliklər
  • Sığorta ilə əlaqəli digər qanunvericilik və fərmanlar üzrə məlumatlılıq
  • Məsuliyyətlilik və nəticə yönümlülük
  • İdarəetmə, koordinasiya və əməkdaşlıq bacarıqları
  • Sürətli və çevik düşünmə, çevik yanaşma
  • Dil bilikləri: Azərbaycan, Rus

Təhsil və Təcrübə

  • Ali təhsil (tibb və ya tibbi sığorta sahəsində üstünlük verilir)
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi

Bizim Təklifimiz

  • Peşəkar və dinamik komandada inkişaf və öyrənmə imkanları
  • Şirkət daxilində əməkdaşlıq və innovativ yanaşmaların dəstəklənməsi
  • Şəffaflıq və açıq kommunikasiya mühiti
  • “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily60
  • Weekly365
  • Monthly365