“PAŞA Sığorta” ASC namizədləri Sığorta iddiaları deparmentində Zərərlərin qiymətləndirilməsi şöbəsinin İcbari növlər üzrə sektorun kiçik mütəxəssisi/mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə öhdəlikləri:
- Əmlaka dəyən zərərin qiymətləndirilməsinə aid sənədlərin kənar strukturlardan (avtoservislərdən, qiymətləndiricilərədən) əldə edilməsi;
- Təmir işlərinə ümumi nəzarətin həyata keçirilməsi və təmirin keyfiyyətli olmasının təşkil edilməsi;
- Sığorta hadisəsi nəticəsində əmlaka dəyən ziyanın müəyyənləşdirilməsi, hissələrin siyahısını tərtib edilməsi, avtoservislərin təqdim etdiyi qiymətlərin orta bazar qiymətlərinə uyğunluğuna nəzarət və avtoservislərlə qiymətlərin razılaşdırılması;
- Yekun zərərin təyin edilməsi və məlumatı departamentin müvafiq əməkdaşına ötürülməsi; Müştərilərə sms vasitəsi ilə son məbləğin vaxtında ötürülməsi
- Sığortaçının, müştərilərin və avtoservislərin xeyrinə əsassız xərclərin qarşısının alınması, sığorta dələduzluğunun aşkarlanıb ifşa olunmasının təşkili;
- Zərərə məruz qalmış əmlakın təmiri prosesində əvəz olunmuş ehtiyat hissələrinin saxlanılmasını və ya utilizasiya olunması təşkil edilməsi;
- Öhdəliklərinin icrası zamanı aşkarlanmış lazımı məlumatları departamentin digər əməkdaşlarına ötürülməsi;
- Şirkət tərəfindən verilmiş imza səlahiyyətlərinə uyğun icraatında olan işlər üzrə zərər aktlarını təsdiq edir və düzgünlüyünə görə tam məsuliyət daşıyır
- Sığorta hadisəsi nəticəsində əmlaka dəyən ziyanın müəyyənləşdirilməsi üçün üçüncü müstəqil tərəfin iştirakının vacib olması təqdirdə, bunun təmin edilməsi;
- Sığortaçılar üçün hesablamalar üçün tövsiyələr daxil olmaqla tam və ətraflı hesabatlar yazmaq
- Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.
Namizədə tələblər:
- Ali təhsil: İqtisadiyyat və sığorta sahəsində təhsilə üstünlük verilir;
- Müvafiq vəzifədə 1-2 il təcrübə (sığorta sahəsində iş təcrübəsinə üstünlük verilir);
- Azərbaycan və Rus dillərini sərbəst bilmək (İngilis dili biliyi üstünlükdür);
- Microsoft Office bilikləri.
Biliklər:
- Müştərilərlə iş üsulları.
- Yol hərəkəti qaydaları;
- Sığorta haqqında qanun.
- Avtomobil hissələrinin bazar dəyəri
- Servis xidmətləri
- Avtomobil mexanizmi haqqında texniki bilik
Bacarıqlar:
- Ünsiyyətçilik;
- Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı;
- Komanda ilə işləmək bacarığı;
- Məsuliyyətlilik;
- Stresə davamlılıq.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.