Zərərlərin qiymətləndirilməsi şöbəsinin İcbari növlər üzrə sektorun kiçik mütəxəssisi/mütəxəssisi

Zərərlərin qiymətləndirilməsi şöbəsinin İcbari növlər üzrə sektorun kiçik mütəxəssisi/mütəxəssisi

  • Deadline 5 December 2025

“PAŞA Sığorta” ASC namizədləri Sığorta iddiaları deparmentində Zərərlərin qiymətləndirilməsi şöbəsinin İcbari növlər üzrə sektorun kiçik mütəxəssisi/mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə öhdəlikləri:

  • Əmlaka dəyən zərərin qiymətləndirilməsinə aid sənədlərin kənar strukturlardan (avtoservislərdən, qiymətləndiricilərədən) əldə edilməsi;
  • Təmir işlərinə ümumi nəzarətin həyata keçirilməsi və təmirin keyfiyyətli olmasının təşkil edilməsi;
  • Sığorta hadisəsi nəticəsində əmlaka dəyən ziyanın müəyyənləşdirilməsi, hissələrin siyahısını tərtib edilməsi, avtoservislərin təqdim etdiyi qiymətlərin orta bazar qiymətlərinə uyğunluğuna nəzarət və avtoservislərlə qiymətlərin razılaşdırılması;
  • Yekun zərərin təyin edilməsi və məlumatı departamentin müvafiq əməkdaşına ötürülməsi; Müştərilərə sms vasitəsi ilə son məbləğin vaxtında ötürülməsi
  • Sığortaçının, müştərilərin və avtoservislərin xeyrinə əsassız xərclərin qarşısının alınması, sığorta dələduzluğunun aşkarlanıb ifşa olunmasının təşkili;
  • Zərərə məruz qalmış əmlakın təmiri prosesində əvəz olunmuş ehtiyat hissələrinin saxlanılmasını və ya utilizasiya olunması təşkil edilməsi;
  • Öhdəliklərinin icrası zamanı aşkarlanmış lazımı məlumatları departamentin digər əməkdaşlarına ötürülməsi;
  • Şirkət tərəfindən verilmiş imza səlahiyyətlərinə uyğun icraatında olan işlər üzrə zərər aktlarını təsdiq edir və düzgünlüyünə görə tam məsuliyət daşıyır
  • Sığorta hadisəsi nəticəsində əmlaka dəyən ziyanın müəyyənləşdirilməsi üçün üçüncü müstəqil tərəfin iştirakının vacib olması təqdirdə, bunun təmin edilməsi;
  • Sığortaçılar üçün hesablamalar üçün tövsiyələr daxil olmaqla tam və ətraflı hesabatlar yazmaq
  • Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.

Namizədə tələblər:

  • Ali təhsil: İqtisadiyyat və sığorta sahəsində təhsilə üstünlük verilir;
  • Müvafiq vəzifədə 1-2 il təcrübə (sığorta sahəsində iş təcrübəsinə üstünlük verilir);
  • Azərbaycan və Rus dillərini sərbəst bilmək (İngilis dili biliyi üstünlükdür);
  • Microsoft Office bilikləri. 

Biliklər:

  • Müştərilərlə iş üsulları.
  • Yol hərəkəti qaydaları;
  • Sığorta haqqında qanun.
  • Avtomobil hissələrinin bazar dəyəri
  • Servis xidmətləri
  • Avtomobil mexanizmi haqqında texniki bilik

Bacarıqlar:

  • Ünsiyyətçilik;
  • Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı;
  • Komanda ilə işləmək bacarığı;
  • Məsuliyyətlilik; 
  • Stresə davamlılıq.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly369
  • Monthly390