Aktiv və öhdəliklərin idarə edilməsi şöbəsinin müdiri/ Aktiv və öhdəliklərin idarə edilməsi və Ehtiyyatların hesablanması departamenti, Aktiv və öhdəliklərin idarə edilməsi şöbəsi

Aktiv və öhdəliklərin idarə edilməsi şöbəsinin müdiri/ Aktiv və öhdəliklərin idarə edilməsi və Ehtiyyatların hesablanması departamenti, Aktiv və öhdəliklərin idarə edilməsi şöbəsi

  • Deadline 31 Mart 2026

Vəzifə öhdəlikləri: 

  • Aktiv və öhdəliklərin durasiya uyğunluğunu təhlil edərək balansın faiz həssaslığını qiymətləndirmək və uyğunsuzluğu azaltmaq üçün analitik alətlər hazırlamaq
  • Pul axını modelləri qurmaq, reinvestment riskini qiymətləndirmək və nəticələrin investisiya qərarlarında nəzərə alınması üçün təkliflər vermək
  • Bazar şoklarının şirkətin maliyyə nəticələrinə təsirini ölçmək üçün ssenari və həssaslıq analizləri aparmaq
  • Kapitalın mövcud istifadəsini qiymətləndirmək və biznes bölmələri üzrə daha səmərəli utilizasiyası üçün yanaşmalar hazırlamaq
  • Yeni biznes və məhsullar üzrə qərarların kapitala təsirini əvvəlcədən təhlil etmək
  • Bazar dəyişikliklərinin kapital mövqeyinə təsirini qiymətləndirmək və optimallaşdırma imkanlarını müəyyən etmək
  • İnvestisiya portfelinin strukturunu öhdəliklərə uyğunlaşdırmaq və asset allocation üzrə təkliflər vermək
  • Likvidlik mövqeyini və valyuta riskini balans səviyyəsində təhlil etmək və idarə olunmasını təmin etmək
  • Reserving funksiyası ilə birlikdə öhdəliklərin pul axını və fərziyyələrini nəzərə alaraq ALM yanaşmasını tətbiq etmək 
  • Nəticələri rəhbərliyə təqdim etmək və qərarvermə prosesinə inteqrasiya etmək

Namizədə olan tələblər: 

  • İş təcrübəsi: Maliyyə, risklərin idarə olunması, xəzinədarlıq və ya investisiya sahəsində minimum 4-5 il iş təcrübəsi tələb olunur.
  • Təhsili: Maliyyə, iqtisadiyyat, riyaziyyat, aktuar elmləri və ya əlaqəli sahə üzrə ali təhsil
  • Dil bilikləri: Azərbaycan dili:sərbəst , İngilis dili:əla

Kompüter bilikləri: 

  • Excel üzrə yüksək səviyyədə biliklər və maliyyə modelləri ilə işləmə bacarığı;
  • Analitik modelləşdirmə və ssenari analizləri üçün alətlərdən istifadə bacarığı;
  • Python, R və ya digər analitik alətlər üzrə biliklər üstünlük hesab olunur.

Üstünlüklər: 

  • IFRS 17 və ya kapital idarəedilməsi yanaşmaları ilə işləmə təcrübəsi
  • Bankların xəzinədarlıq/ ALM, bazar və likvidlik risklərinin idarəedilməsi və ya investisiya sahəsində iş təcrübəsi
  • CFA, FRM və ya aktuar sertifikatları

Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və geniş perspektiv, zamanın idarəolunması, planlaşdırma.

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily0
  • Weekly475
  • Monthly1605