Aktuar xidmətinin baş mütəxəssisi

  • Deadline 15 September 2025

Vəzifə Öhdəlikləri:

  • Sığorta ehtiyatlarının və hesablamalarda istifadə edilən fərziyyələrin adekvatlığını qiymətləndirmək, məlumatların hesablamalarda tam və düzgün nəzərə alınmasını təmin etmək;
  • Sığorta və təkrarsığorta müqavilələrinə daxil edilmiş şərtlərin, limitlərin və təminatların adekvatlığını təhlil etmək, təhlil nəticələrinə uyğun təkliflər hazırlamaq;
  • Sığorta haqlarının sığorta ödənişləri və sığorta məhsulları üzrə xərclərin ödənilməsinə adekvatlığını yoxlamaq, nəticələrə əsasən təkliflər vermək;
  • Sığorta portfelinin zərərliliyini təhlil etmək, portfelə yüksək zərərli risklərin daxil edilib-edilmədiyini araşdırmaq və bu istiqamətdə mövcud prosedurların effektivliyini qiymətləndirmək;
  • Sığortaçının anderraytinq və təkrarsığorta siyasətinin risk profili və risk iştahası ilə uyğunluğunu analiz etmək;
  • Sığorta məhsulları üzrə tariflərin adekvatlığını qiymətləndirmək;
  • Sığortaçının fəaliyyətinin gəlirliliyinə təsir edən başlıca riskləri təhlil etmək və qəbul olunan sığorta və təkrarsığorta riskləri üzrə yekun məsləhət və tövsiyələr təqdim etmək.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Aktuar sahəsi üzrə 2 il iş təcrübəsi tələb olunur.
  • Təhsili: Riyaziyyat, İqtisadiyyat, Maliyyə, Data Science və ya əlaqəli sahə  üzrə müvafiq bakalavr təhsili
  • Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:orta
  • Üstünlüklər: SOA / CAS exams, MSSQL, Python
  • Kompüter bilikləri: MS Office:əla , MSSQL(T-SQL):orta
  • Fərdi keyfiyyət tələbləri:Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və geniş perspektiv, zamanın idarəolunması, planlaşdırma.

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily135
  • Weekly135
  • Monthly1415