Vəzifə Öhdəlikləri:
- Sığorta ehtiyatlarının və hesablamalarda istifadə edilən fərziyyələrin adekvatlığını qiymətləndirmək, məlumatların hesablamalarda tam və düzgün nəzərə alınmasını təmin etmək;
- Sığorta və təkrarsığorta müqavilələrinə daxil edilmiş şərtlərin, limitlərin və təminatların adekvatlığını təhlil etmək, təhlil nəticələrinə uyğun təkliflər hazırlamaq;
- Sığorta haqlarının sığorta ödənişləri və sığorta məhsulları üzrə xərclərin ödənilməsinə adekvatlığını yoxlamaq, nəticələrə əsasən təkliflər vermək;
- Sığorta portfelinin zərərliliyini təhlil etmək, portfelə yüksək zərərli risklərin daxil edilib-edilmədiyini araşdırmaq və bu istiqamətdə mövcud prosedurların effektivliyini qiymətləndirmək;
- Sığortaçının anderraytinq və təkrarsığorta siyasətinin risk profili və risk iştahası ilə uyğunluğunu analiz etmək;
- Sığorta məhsulları üzrə tariflərin adekvatlığını qiymətləndirmək;
- Sığortaçının fəaliyyətinin gəlirliliyinə təsir edən başlıca riskləri təhlil etmək və qəbul olunan sığorta və təkrarsığorta riskləri üzrə yekun məsləhət və tövsiyələr təqdim etmək.
Namizədə olan tələblər:
- İş təcrübəsi: Aktuar sahəsi üzrə 2 il iş təcrübəsi tələb olunur.
- Təhsili: Riyaziyyat, İqtisadiyyat, Maliyyə, Data Science və ya əlaqəli sahə üzrə müvafiq bakalavr təhsili
- Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:orta
- Üstünlüklər: SOA / CAS exams, MSSQL, Python
- Kompüter bilikləri: MS Office:əla , MSSQL(T-SQL):orta
- Fərdi keyfiyyət tələbləri:Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və geniş perspektiv, zamanın idarəolunması, planlaşdırma.
Biz nə təklif edirik:
- Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
- Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
- Ödənişsiz dayanacaq imkanının təmin olunması;
- “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
- İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.