Biznes analitik

  • Deadline 15 May 2026

Biznes proseslərinin idarəedilməsi və optimallaşdırılması mərkəzi, Biznes analitika bölməsi

Vəzifə Öhdəlikləri:

  • Şirkət və məhsullar üzrə proseslərin analiz edilməsi və optimizasiya təkliflərinin hazırlanması;
  • Proses dəyişiklikləri ilə bağlı tələblərin əlaqəli tərəflərə anlaşılan formada ötürülməsi;
  • Məhsul və şirkət proseslərinin inkişafı üçün innovativ yanaşmaların təklif edilməsi;
  • Proseslərin optimallaşdırılması üçün beynəlxalq standartların və rəqəmsal həllərin araşdırılması və tətbiq edilməsi;
  • Proseslərin effektivliyinin monitorinq və analiz əsasında ölçülməsi;
  • Proseslərin və məlumatların daxili normativ sənədlərdə düzgün əks etdirilməsinin təmin edilməsi;
  • Proseslər üzrə blok-sxemlərin hazırlanması və təkmilləşdirilməsi;
  • Məhsullar üzrə sənədlərin hazırlanması və məlumatların tamlığının təmin edilməsi;
  • Proseslərin inkişafına dair təkliflərin şirkət daxilində paylaşılması və müzakirə edilməsi;
  • Test ssenarilərinin yazılması və testlərin həyata keçirilməsi;
  • Proseslərdə risklərin müəyyən edilməsi və qiymətləndirilməsi;
  • Audit nəticələri və risk insidentləri üzrə problemlərin aradan qaldırılması üçün tədbirlərin görülməsi.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Biznes analitika sahəsi üzrə 1 il iş təcrübəsi tələb olunur. 
  • Təhsili: İqtisadiyyat, Maliyyə, Menecment, İT və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi 
  • Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:orta , Rus dili:orta
  • Üstünlüklər: Sığorta bazarını, sığorta qanunvericiliyi anlamaq, sığorta məhsullarını bilmək, Biznes analitika üzrə sertifikasiyalar
  • Kompüter bilikləri: MS Office:əla
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily0
  • Weekly545
  • Monthly112