Dataların idarəedilməsi üzrə kiçik mütəxəssis

  • Истекает 13 сентябрь 2025

Data mərkəzi, Dataların idarə edilməsi bölməsi

Vəzifə Öhdəlikləri:

  • Fəaliyyət sahəsi üzrə data hesabatlarının və dashboard-ların hazırlanması;
  • Şirkətin müəyyən olunmuş biznes strategiyasına müvafiq olaraq Tədbirlər   Planının tərtib edilməsi və həyata keçirilməsində iştirakı;
  • Büdcələmə prosesində iştirak;
  • Şirkətdə Data domenlərin qurulmasında iştirak etmək;
  • Data idarəedilməsi üzrə ümumi proseslərin, həmçinin Metadata, Data lineage proseslərinin qurulması;
  • Data keyfiyyəti ilə bağlı yaranan məsələlərin həll olunmasında iştirak etmək;
  • Domen üzvlərinin onboarding proseslərində iştirak etmək;
  • Domenlər üzrə yol xəritələrinin hazırlanmasında iştirak etmək;
  • Şirkətdə Data idarəedilməsi üzrə mədəniyyətin formalaşdırılması;
  • Data idarəedilməsi ilə bağlı digər məsələlərdə iştirak etmək;
  • Əməliyyat planının tərtibi və icrasına nəzarət;
  • Fəaliyyəti zamanı əməliyyat riski və ya insident aşkar etdikdə, müvafiq daxili normativ   sənədlə müəyyən edilmiş qaydada və müddətdə bu barədə əlaqəli strukturun məlumatlandırılmasını təmin etmək.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Data sahəsi üzrə 2 il iş təcrübəsi tələb olunur.
  • Təhsili : İstənilən ixtisas üzrə bakalavr dərəcəsi
  • Dil bilikləri: İngilis dili:əla , Rus dili:orta
  • Kompüter bilikləri: MS Office:əla
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma; müştəri yönümlülük; inam yaratma; komanda işi; əməkdaşlıq və keyfiyyət yönümlülük; məlumat əldəetmə; problem həlletmə; analitik düşüncə və problem həll etmə bacarığı.

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link üzərindən müraciətlərini göndərə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily53
  • Weekly181
  • Monthly825