Data mərkəzi, Dataların idarə edilməsi bölməsi
Vəzifə Öhdəlikləri:
- Fəaliyyət sahəsi üzrə data hesabatlarının və dashboard-ların hazırlanması;
- Şirkətin müəyyən olunmuş biznes strategiyasına müvafiq olaraq Tədbirlər Planının tərtib edilməsi və həyata keçirilməsində iştirakı;
- Büdcələmə prosesində iştirak;
- Şirkətdə Data domenlərin qurulmasında iştirak etmək;
- Data idarəedilməsi üzrə ümumi proseslərin, həmçinin Metadata, Data lineage proseslərinin qurulması;
- Data keyfiyyəti ilə bağlı yaranan məsələlərin həll olunmasında iştirak etmək;
- Domen üzvlərinin onboarding proseslərində iştirak etmək;
- Domenlər üzrə yol xəritələrinin hazırlanmasında iştirak etmək;
- Şirkətdə Data idarəedilməsi üzrə mədəniyyətin formalaşdırılması;
- Data idarəedilməsi ilə bağlı digər məsələlərdə iştirak etmək;
- Əməliyyat planının tərtibi və icrasına nəzarət;
- Fəaliyyəti zamanı əməliyyat riski və ya insident aşkar etdikdə, müvafiq daxili normativ sənədlə müəyyən edilmiş qaydada və müddətdə bu barədə əlaqəli strukturun məlumatlandırılmasını təmin etmək.
Namizədə olan tələblər:
- İş təcrübəsi: Data sahəsi üzrə 2 il iş təcrübəsi tələb olunur.
- Təhsili : İstənilən ixtisas üzrə bakalavr dərəcəsi
- Dil bilikləri: İngilis dili:əla , Rus dili:orta
- Kompüter bilikləri: MS Office:əla
- Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma; müştəri yönümlülük; inam yaratma; komanda işi; əməkdaşlıq və keyfiyyət yönümlülük; məlumat əldəetmə; problem həlletmə; analitik düşüncə və problem həll etmə bacarığı.
Biz nə təklif edirik:
- Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
- Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
- Ödənişsiz dayanacaq imkanının təmin olunması;
- “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
- İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link üzərindən müraciətlərini göndərə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.