Ehtiyatların hesablanması şöbəsinin kiçik mütəxəssisi

Ehtiyatların hesablanması şöbəsinin kiçik mütəxəssisi

  • Deadline 17 January 2026

Ehtiyatların hesablanması şöbəsinin kiçik mütəxəssisi

Aktiv və öhdəliklərin idarə edilməsi və Ehtiyyatların hesablanması departamenti,Ehtiyyatların hesablanması şöbəsi

Vəzifə Öhdəlikləri:

  • Nəzarət orqanına təqdim olunan hesabatların hazırlanması prosesində iştirak edilməsi;
  • Baş vermiş lakin tənzimlənməmiş zərərlər (OCR) üzrə ehtiyatların hesablanması;
  • Baş vermiş lakin bildirilməmiş zərərlər (IBNR) üzrə ehtiyatların hesablanması;
  • Baş vermiş sığorta hadisələri üzrə ehtiyatlarda təkrarsığortaçının payının formalaşdırılması;
  • IFRS 17 standartları üzrə ehtiyatların (Cash flow) hesablanması prosesində iştirak edilməsi;
  • Sığorta hadisələri üzrə ehtiyatların IFRS 17 standartlarına uyğunlaşdırılması;
  • IFRS 17 üzrə Cash flow-nun hazırlanmasında istifadə edilən fərziyyələrin (assumtionların) formalaşdırılması prosesində iştirak edilməsi;
  • İllik əsasda IFRS 17 üzrə ehtiyatların proqnozlaşdırılması prosesində iştirak edilməsi;
  • Digər struktur bölmələrə dövrü əsasda təqdim olunan hesabatların hazırlanma prosesində iştirak edilməsi;
  • Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqların vaxtında və dəqiq şəkildə yerinə yetirilməsi.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Aktiv və öhdəliklərin idarə edilməsi və ya Ehtiyyatların hesablanması sahəsi üzrə minimum 6 ay iş təcrübəsi tələb olunur.
  • Təhsili: Riyaziyyat, maliyyə, iqtisadiyyat, üzrə bakalavr dərəcəsi;
  • Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili: əla
  • Kompüter bilikləri: MS Office:əla

Üstünlüklər:

  • SOA Exam P/FM və ya yerli aktuari imtahanlarında nailiyyət
  • Mərkəzi Bankın tələblərinə uyğun ehtiyatların hesablanması üzrə nəzəri və ya praktiki biliklərin olması.
  • IFRS 17 standartı ilə bağlı nəzəri və ya praktiki biliklərin olması.
  • Assumption (fərziyyə) modellərinin qurulması və test edilməsi sahəsində anlayış və ya təcrübənin olması.

Fərdi keyfiyyətlər:

  • Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily0
  • Weekly0
  • Monthly787